27.02.2014 [11:53] - Gündəm, DAVAMın yazıları
Ürəyinizdə Günəş olsun!
Köçəri ayı girəndən 35-ci ilin xiffətini eləyirəm, çünki Köçəri ilimizin sonuncu ayıdır.
Zamanın il bölgüsü şərti bir nəsnə olsa da, onun sürəcində çoxlu həyəcanlar keçirmişik, sevinmiş, kədərlənmiş, umudlanmışıq, zamana (zənnimcə, zəmanəyə də) öz tamğamızı vurmuşuq.
İl boyu İnam Evimiz işləmiş, “İnama Doğru”muz (dərqimiz) çıxmış, saytımız, Ocaq TV-miz işləmişdir.
35-ci ildə İnam Evimiz 38 toplantı keçirmişdir. Bunlarda 500-dək qatılımçı Mütləqə İnam sözü eşitmiş, o sıradan 250-dək qonaq ağırlanmışdır: – Yurd içindən və dışarıdan. Onlardan da bəziləri demək olar daimi Gələnlərimizdir.
İnam Evi dışında da Ocağın xalqla təmasları çox olmuşdur.
Ocağın cari işlər qurucusu, Yükümlüsü “Ocaqçılıq ansamlı” kimi tanıdığımız İşıqlı Atalı Amal xurcunu çiynində hər gün xalqın içindədir – dilində, “Ocağınızı, Atanızı tanıyın! Onun İnamına gəlin!” harayı ilə.
“Umud” Ailəsinin Yükümlüsü Yolruh Atalı Safruhun dirənişini qıra-qıra, sevgisini qazana-qazana özünün “ruhaniyyatçı-filosof” hədəfinə doğru inadla yol getməkdə, İçsəsçi kimi yetişməkdədir. 35-ci ildə onun 90-dan artıq içəsi yaranmış, bunların çoxu “İnama Doğru” dərgimizdə və başqa basın orqanlarında dərc olunmuşdur.
Safruhun yüzlərcə deyimi və müxtəlif janrlarda yazıları da eləcə.
35-ci ildə ara-sıra Uluruhun, Yolnurun, Uğurun, İnamyurdun da Ocaq yönündə yazıları dərgimizdə görünmüşdür.
Uğurla Nurtay – gündən-günə aydınlanan üfüqümüz, Güntəkinlə Göynur üfüqötəsi dumanlar içindəki umudumuzdur.
Hamımız, hər vaxt İnam Atanın (Asif Atanın) yörəsindəyik. Ata–Öndər kimi, daim önümüzdə, Bayraq kimi başımızın üstündədir.
Beşinci Bitiqin – “Kutsal Quruculuğ”un nəşri – 35-ci ilin baş ucalığı kimi keçdi Ocaq ilsırasına – xalqımızın ruhaniyyat tarixinə. O Bitiq İnam Ata Peyğəmbərliyinin uca və ölməz abidəsidir!
“Ruhani Başçı Safruh Atalı ilə üz-üzə” kitabı İşıqlı Atalının ayrıca bir hünəri kimi 35-ci ilin üzağlığı əsərlərindəndir. İ.Atalı bu Kitab vasitəsiylə özünü, Amaldaşını və Ocağını ərdəmliklə təsdiq etmiş oldu. Mütləqə İnam Yolunun yeni, özgün bir xətt kimi ölkə yaşamına, insanların praktikasına gəlişini təsdiqlədi. Uğurlu olsun, davamı gəlsin!
Yolnur Atalı bu il də bütöv bir bölgənin Mütləqçilik üstə döyünən ürəyi oldu.
“İnama Doğru” dərgisinin 12 sayı da Yolruh Atalının 35-ci ildəki ayrıca bir hünəri kimi öyülməyə layiqdir – axı biz dərgimizin saylarını Mütləqə İnam Sivilizasiyasına aparan yol nişanları kimi çıxarırıq!
Bunlar – yuxarda deyilənlərin hamısı – bizim ikinci sıra məhsulumuzdur. Birinci sırada insanlarımız (insanlar) gəlir. Adlarını çəkdiklərim – əməklərinə qapanıb qalmır, birinci sıraya ucalmağa çalışırlar.
Bunlar – Quranlardır.
Mən Mütləqə İnam Sivilizasiyası çarçısı olaraq, ön sırada Uluruhun adını çəkirəm! Uluruhla İnamyurdun Amal içində yaranmaqda olan əməkdaşlığına işarə eləyirəm (yetkinliyə çatsın!).
“Gələnlərimiz” sırasından “Babamız” dediyimiz Baba Əhmədlini, “Ruhdaş” dediyimiz Qəşəm İlqarı, əzəli İnamçımız Kifayət xanımı, iki Ocaqçı anası, inamçımız Güvən xanımı, qələmini Ocaq janrlarında da sınayan Məhərrəm Şəmkirlini, mənəvi çiyindaşlarımız Əlisahib Əroğulu, Nizami Tağısoyu... 35-ci ilimizin adından, 36-cı ilimizin girəcəyində sevgi və sayğıyla kutlayıram!
Bunlar – Olanlardır.
Dərgimizdə və başqa mətbuat orqanlarında çıxış edərək İnam Ataya sayğı bildirənlərə, bizim gündəlik əməklərimizi alqışlayanlara da 35-lə 36-nın qovşağında bir də sevgi və sayğılarımızı sunuruq! Var olsunlar, Varımız olublar!
İstəkli ulusumuz, xalqımız! Biz özümüzü uydurmuruq. Yetkin yaşlı, çağdaş təhsilli, yaxşı ad çıxarmış (hər halda, pis ad çıxarmamış) kişilərik. Biz sizə altıyaş Ocaq və İnanc suna bilmərik, sunmarıq! Ulus bizə inanmalıdır. Uluslar bir-birinə inanmalı, bir-birinin müqəddəsinə sayğılı yanaşmaqla bir-birinin inamını doğrultmalıdırlar.
Örnəyin: Ərəb müqəddəsi (ən müqəddəsi belə) türkün müqəddəsini tanımalı, onu məhz müqəddəs kimi qəbul etməlidir. Hər ulus öz ulu`sunun şəxsində ululuğa – müqəddəsliyə səcdəli olmalıdır. Hər xalqın sinəsində öz ürəyi döyünməli, çiynində öz başı olmalı və işləməlidir.
Bəşərin məbədi də, panteonu da bu başlardan oluşmalıdır.
Sevimli Ulusumuz! Sənin “çağdaşlığa” (əslində: yadlıqlara) həddindən artıq köklənmiş bəzi oğul və qızların deyə bilərlər ki, “Bu külək o yanlara əsdiyi sürə boyunca bu su o yana dalğalanacaq, siz nəyə umudlusunuz?” Biz bənzər deyişlərə adətən belə cavab veririk: “Bu külək o küləkdən olmasa da, küləklər həmişə bir səmtə əsmir, küləklər dəyişkən olur”.
Və sizin uyduğunuz küləklər əslində əsmir, əsdirilir.
Deməli, küləyi bu yana da əsdirmək olar” ki, biz də bununla məşğuluq.
Biz Azərbaycan içində Mütləqə İnam xalqının özəyini yaratmışıq. Bu Xalq (!) bizim baxışımıza inanır. Biz xalqları “1-ləşmə” (simasızlaşma) əvəzinə “1-1-ləşmə”yə (simalaşmaya, fərdləşməyə) çağırırıq. Biz insana (bəşərə) Yavaş Yaşam Tərzi ideyası veririk.
Yaşamaq istəyən – bunun optimal yolunu tapmalıdır. Biz dediklərimizi optimal yol kimi irəli sürürük – tələsənlərin (“çağdaşçıların”) ekstremal yoluna qarşı. Tələsmə, sürət – israfçılıq yaradır, itkilərə nədən olur, dayazlıq yaradır.
Yavaş Yaşam Tərzi bunun əksini yaradır.
“1-ləşmə” – simasızlıq yaradır. Simasız – heç nəyin (heç bir köklü dəyərin) qayğısına qalmır, onun təəssübünü çəkmir. “1-1-ləşmə” – dünyanı yiyəli eləyir, sevilən, qorunan eləyir. Bir halda ki, deyirsiniz “canlı orqanizmdə heç nə boşuna yaranmayıb, doğada (təbiətdə) heç nə boşuna yaranmayıb, artıq deyil, gərəksiz deyil” – onda yəqin ki, heç bir etnos da yersiz yaranmayıb, gərəksiz deyil, onda qoy hər kəs (şəxs və etnos) duysun və düşünsün – yaşamını və ruhaniyyatını özü, müstəqil qursun.
İlaydın, sevimli Ulusumuz! Sənin müstəqil ruhaniyyatlı 36-cı Yeni İlinə biz belə bir (uzun) kutlama toparladıq. Deyəcəksən bunun harası kutlamadır?! Orası ki, bu Kutlama sənə bunları deməkdir:
İnamın mübarək!
Anlağın (İdrakın) mübarək!
Qanacağın (Mənəviyyatın) mübarək!
Qırımın (İradən) mübarək!
Bir sözlə, Ruhun mübarək, Gəlişin mübarək, Mütləqə İnamçı Azərbaycan xalqı!
Atamız var olsun!
22 Köçəri (XII ay) 35-il.
(22.II.2014). Atakənd. İnam Evi.

Bu xəbər oxucular tərəfindən 1576 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |