27.02.2014 [12:01] - Xəbərlər, Hadisə, Gənclik
Dünən İtaliyanın paytaxtı Romada Azərbaycan-İtaliya Gənclər Assosiasiyası (AİGA) tərəfindən "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar aksiya keçirilmişdir.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun verdiyi xəbərə görə, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil edilmiş tədbirin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətləri İtaliya ictimaiyyətinə çatdırmaq olmuşdur. Spaqna meydanında keçirilən aksiya zamanı yerli sakinlərə və turistlərə qırğın haqqında məlumat verilmişdir. Tədbir çərçivəsində, həmçinin AİGA-nın fəalları, azərbaycanlı tələbələr və Romada yaşayan soydaşlarımız tərəfindən Xocalı soyqırımı ilə bağlı məlumatları əks etdirən bukletlər paylanmışdır.
Fevralın 25-də Litvanın Klaipeda şəhərində "Azəris" cəmiyyətinin təşkilatçılığı ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində "dəyirmi masa" keçirilmişdir. Media nümayəndələri ilə yanaşı şəhərin yəhudi cəmiyyətinin sədri Feleks Puzimski, Klaipeda dairəsi müsəlman təşkilatının sədri Şamil Gumerov, Tatar cəmiyyətinin sədri İlfir Gibadullin, Ukrayna cəmiyyətinin sədri Leonid Trequb, Belorusiya cəmiyyətinin sədri Nikolay Loqvin "dəyirmi masa"da iştirak etmişlər.
Tədbirin əsas təşkilatçılarından olan Rəna Məmmədova, "Azəris" cəmiyyətinin sədri Əliağa Məmmədov Azərbaycan həqiqətlərinin Litvada yaşayan digər millətlərə daha ətraflı və bilgiləndirici şəkildə çatdırmaq yolunda öz səylərini göstərdiklərini bildirmişlər. Qarabağ hadisələrinin şahidi olan və Litvada təhsil alan əslən bu bölgədən olan Sevinc Məhərrəmova öz yaxınlarının başına gətirilən faciələrdən söz açmışdır.
Sonra tədbir Xocalı həqiqətlərini əks etdirən videoçarxla davam etdirilmidir.
Fevralın 26-sında isə Litvanın Kaunas şəhərində burada təhsil alan azərbaycanlı tələbələr tərəfindən "Justice for Khojaly" adlı aksiya keçirilmişdir. Aksiya zamanı tələbələr Xocalı soyqırımı faktlarını özündə əks etdirən Litva və İngilis dillərində çap olunmuş broşur və qolbaqları Litva ictimaiyyətinə, əsasən, xarici və yerli tələbələrə paylamışlar. Ümumilikdə, aksiya zamanı 300-ə yaxın insan bu soyqırım haqqında məlumat əldə edə bilmişdir.
Fevralın 26-sında kampaniya çərçivəsində Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Gənclər şöbəsi tərəfindən Tiflisdə "Geo Visions" təşkilatının ofisində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə gürcü və azərbaycanlı gənclər iştirak edərək faciə haqqında ətraflı məlumat almış, "Xocalı soyqırımı" adlı sənədli filmi seyr etmişlər.
Eyni gün Tiflisin mərkəzi küçələrində yürüş təşkil olunmuş, informasiya bukletləri yerli sakinlərə və şəhərin xarici qonaqlarına paylanılmışdır. Aksiyalar eyni zamanda Gürcüstanın digər bölgələrində əsasən gürcülərin yaşadıqları şəhər və kəndlərində davam etdirilmişdir.
"Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il mayın 8-də, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüşdür. Faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönələn bu kampaniya hazırda dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilməkdədir.

Bu xəbər oxucular tərəfindən 1165 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |