06.12.2011 [12:55] - Gənclik, İdman
“Nihat İgid bəy Azərbaycana Sayokanın qapısı kimi baxır”
Vasif Namazov: “Azərbaycan artıq Dünya Sayokan Hərəkatında bir lider dövlətdir”
Haqqında söhbət açacağımız bu döyüş növü bir Türk döyüş sənətidir. Türkçülük fəlsəfəsi üzrəində qurulub. Adı da Türk marşlarında və Azərbaycan himnində türkün döyüş ruhunun əks olunduğu kimidir: “SAvaşçının YOlu və KANı” - SAYOKAN!
Türk döyüş ruhunda yolu uğrunda qan tökmək var. Sayokan da belədir. Bizim diqqətimizi cəlb edən bu idman növündə olan proqramlar oldu.
Sayokan qadına küçədə özünü qorumağı öyrədir.
Sayokan zəifləri fiziki və mənəvi cəhətdən necə müdafiə etməyi öyrədir.
Ötən həftə gündəmdə olan məsələlərdən biri də Sayokanın yaradıcısı Yabqu Nihat İgid bəyin Azərbaycana gəlməsi oldu. Bu səfər və ümumi Sayokan barədə Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi və eyniadlı Federasiyanın prezidenti Vasif Namazovla görüşdük:
- Vasif bəy, Şərq əlbəyaxa döyüş növləri əsasən fəlsəfə üzərində qurulur. Sayokan da cəmiyyətə türk döyüş növü kimi təqdim olunur. Ümumiyyətlə, Sayokan türkçülük fəlsəfəsinin hansı yönümünü özündə əks etdirir?
- Əvvəla onu qeyd etmək istəyirəm ki, Şərq döyüş növlərinin hamısı bir-biri ilə sıx bağlıdır, əlaqəlidir. Ümumiyyətlə, Sayokana Şərq döyüş növləri prizmasından baxmaq düzgün olmazdı. Çünki, şərq döyüş növlərinin hamısı din ayinləri üzərində qurulur. Məsələn yaponların karatesi, çinlərin kunqfusu, koreyalıların taekvandosu, bütün bunlar zen, buddizm ayinləri və fəlsəfələri üzərində qurulub. Bu döyüş növləri qurularkən bu ayinləri çox aydın özündə göstərir. Demək olar ki, Şərq döyüş növlərində bu dini ayinlərin 30 faizini görmək olar. Amma Sayokan nəzərə alsaq ki, Türk döyüş sənətidir və türk milləti İslam təfəkkürünə malikdir amma Sayokan döyüş sənəti insanların dini inancına qarışmır. Sayokan türk döyüş sənəti olaraq, Şərq döyüş növündən tamamilə fərqlidir. Sayokan döyüş sənətində yalnız Türkün 16 minillik tarixini özündə əks etdirir və Sayokanda olan terminalogiyalarda, yəni sırf Türkün tarixində əks olunan rituallar, qayda-qanunlar, belə deyək adət-ənənələr özünü göstərir. Məsələn götürək Sayokan döyüş sənətinin yaradıcısının idman titulunu. Sayokan döyüş sənətinin yaradıcısı Yaqbu Nihat İgiddir. Burda titul- Yaqbudur. Bildiyimiz kimi, yaqbu Hun imperiyasının tərkibində ən böyük sərkərdə olub və ondan sonra tuyundur, tanyudur, aybardır, toraqdır, tayqundu bunlar hamısı tarixən mövcud olan türk ordusunun daxilində olan ordu rəhbərlərinin müəyyən çərçivəyə uyğun rütbələridir. Məsələn ordumuzda tağım komandiri leytenant rütbəsidirsə bölük komandiri hansisa rutbəsi varsa burda da eynilə belə adlar mövcuddur. Sayokan şərq döyüş növlərindən tək bununla yox, fəlsəfəsiylə fərqlənir. Məsələn, yaponlar geydiyi döyüş paltarına kimano deyir və yaxud da koreyalılar və s. ancaq biz geyim formasına əba deyirik çünki əba bizim hətta tarixdə belə bu imperiyaların yəni türk imperiyalarının daxilində belə ordunun güclənməsi üçün keçirilən yarışmalarda qurşaq əba güləşi vardı. Yəni qurşaq deyəndə çılpaq bədənlə güləşirdilər. Əba deyəndə hər kəsin əbası vardı, əba üzərində güləşirdilər. Yəni bu əba bizim əba olub vaxtilə. Bundan elavə Sayokanda olan kəmər dərəcələri var ki, bu da Sayokanın Türk adət-ənənələrindən götürülmüşdür. Çünki bizdə əba güləşi olarkən həmin o, kəmərlər bizim döyüşçülərin belinə bağlanır sadəcə olaraq burda önə yox, yan tərəfdən bu kəmərlər bağlanır və bundan başqa Sayokanda “san” dərəcələri var. Bu da ad-san mənasında ortaya qoyulur. Niyə görə ad-san? - Məsələn filankəsin adı sanı var deyirlər, ama tək deyə bilərlər ki, filankəsin adı var niyə, adı-sanı deyirlər? - San ona verilən yüksək bir rütbə kimi, bir dərəcə kimi bizim dilimizdə desək - kərəm sahibi.
- Son vaxtlar aydın olur ki, əslində dünyaya şərq döyüşləri kimi təqdim olunan əlbəyaxa döyüşləri ən çox Çinin, Yaponiyanın adının hallanmasına baxmayaraq onlar da türk döyüş sənəti olublar, sadəcə Şərqdə yaşayan qeyri türklər öz fəlsəfələrini əlavə edərək özünkiləşdiriblər, bu sahənin adamı kimi sözügedən ədalətsizliyin qarşısını necə almaq olar?
- Hər kəs düşünüb və araşdıra bilər. Çünki, sizin verdiyiniz sualın cavabi o qədər genişdir ki, onun cavabını kifayət qədər danışa bilərəm. Bu da zaman baxımından əlverişli olmaz. Amma mən qısa bir cavab verim: Bildiyimiz kimi, çinlilər türk orusuna qarşı, türk döyüşçülərinə qarşı sərhədlərinə sədd çəkmişlər ki, hazırda da həmin “Çin səddi” tarixi abidə kimi durur. Əgər bu türk döyüşçüsünün yaxud türk döyüşünün qorxusundan çəkilmiş bir səddirsə necə ola bilər ki, döyüş mədəniyyəti anlamayan və qorxusundan özünə sədd çəkmiş bir millət bu gün dünya arenasına döyüş mədəniyyəti yedizdirir. Bu anormal anlayışdır. Sizin verdiyiniz sualın cavabına uyğun olaraq mən bildirirəm ki, istər Yaponiyadır, istər Çindir bütün ölkələrin və bütün millətlərin döyüş sənətləri türk tarixinə türk mədəniyyətinə bağlıdır.
- Sayokan türkçülük fəlsəfəsini özündə daşıdığına görə ikili standartlarla oynamağa alışmış dünya tərəfindən qısqanclıqla qarşılanmır ki?
- Sayokan bir türk döyüş sənəti olaraq bu ikili standartların öhdəsindən bir xətt üzrə gələ bilər. Konkret Dünya Sayokan Hərəkatı özü öz qarşısına bir məqsəd qoyub - heç bir siyasətə qarışmamaq və hər hansısa əngəl olduqda belə yenə də ona heç bir reaksiya verməmək. Yəni Nihat bəyin dediyi bir sözlə bu suala cavab vermək istəyirəm: "əgər bir daş atılırsa o daş bizi saxlamaq üçün atılır. Biz o daşa tərəf çevrilib baxarsaq təbii ki, öz hədəfimizdən yayınarıq".
Bizim hədəfimiz Türk dünyasında olan gəncləri milli məfkurədə tərbiyə etmək, onları öz tarixinə öz soy-kökünə bağlı etmək, eyni zamanda da bizim türklərin minillik tarixini, mədəniyyətini, döyüş sənətini dünyaya tanıtdırmaqdır!
- Sayokan bildiyimiz qədər müasir bir döyüş növüdür. Yeni yaranması dünya miqyasında digər döyüş növləri ilə rəqabət zamanı hansı fərqləri özündə göstərir?
- Sayokanı digər döyüş növlərindən fərqləndirən cəhət ondadır ki, Sayokanda "Hilal Strategiyaları" var. Bu strategiyalar heç bir döyüş sənətində yoxdur. Bundan əlavə Sayokanda "basaqar sistemi"var bu basaqar sistemi qayda və qanunlar üzərində qurulan döyüşdür. Məsələn, döşək üzərində yarışmalardan əlavə bir proqram var o proqrama daxildir, polis işçilərinin, milli təhlükəsizlik, mühafizə orqanlarına keçirilən proqramlar. Eyni zamanda Sayokanda proqram var ki, hər bir idmançı qayda-qanunlardan əlavə olaraq küçədə müdafiə və hücum üsulları ilə özünü qoruya bilsin. Bundan başqa, Sayokanın digər döyüş növlərindən fərqi ondadır ki, burda əlavə proqramlar. Başqa misal deyim: əvvəl qeyd etdiyim kimi, Sayokanda “Hilal strategiyası” var ki, həmin bu strategiya rəqibi öz gücünə müvazinətindən çıxartmağa gətirib çıxardır.Bu da demək olar ki, heç bir döyüş sənətində yoxdur .
- Sayokanın Azərbaycanda orientasiyası necədir?
- Biz, Sayokanda 3 ildən artıqdır ki, fəaliyyət göstəririk. İlk dəfə Sayokanı Azərbaycanda qurarkən cəmi bir-iki filialımız mövcud idi. Hal-hazırda, iyirmiyə yaxın filialımız, hardasa otuzdan çox bölmələrimiz var. Məsələn Ağdam, Ağcabədi, Beyləqan, Fizuli, İmişli rayonlarında yeni nümayəndəliklərimiz Göyçayda, Qəbələdə, Ağcabədi rayoununda, Şuşa şəhərciyində bizim filialımız var. Sumqayıtda Qubadlı filialımız, bundan əlavə Sumqayıtda dörd bölməmiz var. Bakı şəhərinin Binəqədi Sabunçu, Yasamal, Nərimanov rayonlarında mərkəzimiz, eyni zamanda Şimal bölgəmizdə Xaçmaz və Dəvəçidə filiallarımız var. Sistemli şəkildə bütün bölmələrdə filiallarda seminarlar təşkil olunur və bu seminarların təşkili Sayokanın inkşafına gətirib çıxarır. Biz də bu üç il ərzində filiallarımızın çoxalmasına nail olmuşuq. Eyni zamanda Sayokanın mərkəzində keçirilən müəyyən kurslar var ki, idmançılar başqa döyüş növlərindən gəlirlər. Sayokana maraqları var, hansı ki, onlar başqa döyüş növlərində ustadır. Lakin Sayokana keçid edirlər. O keçid də 3 aylıq kurs nəticəsində əldə olunur.
- Bu qədər geniş əhatə dairəsi olan Sayokan niyə federasiya kimi qeydiyyatdan keçməsin?
- Biz artıq müraciət etmişik bu haqda hörmətli nazirimiz Azad Rəhimovla danışmışıq. Şəxsən məni özü qəbul edib. Öz tapşırıqlarını da verib. Sayokanın bütün sənədlərinin hazırlanmasında, qeydiyyata alınmasında bizə yardımçı olan nazir müavinin tapşırığına əsasən də Sayokanın demək olar, bütün sənədləri vizalaşdırılır. Yaxın zamanda həmin sənədlər təqdim olunacaq və ümid edirəm, biz federasiya statusunu yaxın zamanlarda alacağıq. Onu da qeyd edim ki, bu işlərdə Sayokanın federasiya statusunun alınmasında çoxlu dəstəklər var. O dəstəklərin bəzisi ictimai təşkilatlardandır ki, bunlardan ən önəmlisi də Türk Hərəkatı İctimai Birliyinin sədri Həbib bəy Ələkbərsoydur. Millət vəkillərindən Fuad Muradov, Qənirə xanım Paşayeva, eyni zamanda Nizami Cəfərov. Ümumiyyətlə, bu şəxslər hər zaman Sayokan mərkəzini dəstəkləyiblər hər zaman da diqqət-qayğı göstərirlər. Məndə öz növbəmdə onlara dərin təşəkkürümü bildirirəm.
- Bildiyimizə görə Dünya Sayokan yaradıcısı Nihat İgid bəy Azərbaycanda oldu. Yeni nə kimi qərarlar alındı, nələr layihyələşdirildi ?
- Nihat İgid bəy Azərbaycana Sayokanın qapısı kimi baxır. Onun özü bir tatar türküdür. Babası Çanaqqalada döyüşüb, bizim Azərbaycan türkləri ilə bərabər. Və o bura gələrkən dedi ki, burda bəzən deyirlər, qardaş-qardaş, bizim eyni millət bir dövlət və s. ancaq bunu sözdə deyirik. Əsas odur ki, bunu mütləq görmək lazımdır. O, bura gələrkən şahidi oldu ki, həqiqətən də Azərbaycan türkləri eynilə dünya türk birliyinin türkdilli dövlətlər birliyinin bir qapısı, bir açarıdır. Nihat bəy bu prizmadan baxır Azərbaycana.Və ilk dəfə olaraq orta Asiya seminarı məhz Azərbaycanda keçirildi. Seminara Rusiyanın Dağıstan Respublikasindan Gürcustandan, İrandan və Türkiyədən nümayəndələr gəlmişdi və Azərbaycanın nümayəndə heyəti, yəni ümumilikdə 5 ölkə təmsil olunurdu. Qırğıstandan və Özbəkistanda viza məsələləri ucbatından müəyyən problem oldu vaxtında gələ bilmədilər. İnşallah gələn seminarlarda onlar da iştirak edəcək. Və bunun Azərbaycanda keçirilməsi bizim üçün çox böyük nəticələrə, uğurlara gətirib çıxartdı. Əvvəla, bizim o seminarlar müəllimlərimiz və hakimlərimiz səviyyəsində təşkil olundu bu seminar nəticəsində bunlar daha çox Sayokan haqqındakı bilmədikləri biliklərə sahib oldular. Eyni zamanda bu Sayokanın bazasının Azərbaycanda formalaşmasına gətirib çıxartdı. Qərara alındı ki, bundan sonra Azərbaycanda tez-tez beynəlxalq layihələr planlaşdılacaq.
- Nihat bəy Azərbaycandakı Sayokanın fəaliyyətinə necə rəy bildirdi?
- Azərbaycanda Sayokanin fəaliyyəti haqqında artıq bu gündən belə beynəlxalq lahiyələr keçirilməsi haqqında planlar var və tez-tez Azərbaycanda belə seminarları təşkil edəcəyik. Bu seminarların keçirilməsində yaponlar, çinlilər kimi biznes marağı yoxdur. Yəni bura gələn hər hansısa Sayokan nümayəndəsi bir biznes məqsədi üçün, qonarar üçün gəlmir yalnız və yalnız Sayokanın inkşafı məqsədilə gəlir və öz töhvəsini inkşaf məqsədilə verir. Azərbaycanda biz bu son iki ildə dayanmadan çalışmışıq, yarış xətrinə yarış , turnir xatrinə turnir keçirməmişik xalqımızın adət ənənələrinin tanınması üçün Novruz bayramını hər il ənənəvi şəkildə turnirlər keçiririk "Novruz turniri" adında bundan əlavə "Narkomaniya və uşaq cinayətkarlığına qarşı" yarışlar keçirirk. Sayokan Narkomaniya və uşaq cinayətkarlığına qarşıdır bu deviz altında. Sonra, umummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turniri hər il ənənəvi olaraq keçirmişik. Sumqayıtda, Hövsanda, Suraxanıda, Binəqədidə belə turnirlər keçirilir. Binəqədi rayonunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirin keçirilməsində Binəqədi Rayon İcra Hakimi Ali Qocayev eyni zamanda Binəqədi rayonu millət vəkili Madər Musayev bizə çox böyük dəstək verdilər. Sistemli halda Sayokanın seminarlarının təşkil olunması və daim dayanmadan inkşafı ona gətirib çıxartdı ki, Azərbaycan artıq Dünya Sayokan Hərəkatında bir lider dövlətdir və bu da, belə olacaq biz daim çalışmalıyıq.
Nihat bəy də bu qənaətdədir.
- Nihat İgid bəy ümumilikdə Azərbaycan idmanından hansı təəsüratlarla ayrıldı?
- Nihat bəy bilir ki, Azərbaycanda idmana böyük dəstək verilir. Azərbaycan idmanının qayğılarını, Azərbaycanın Türk dünyasına hansı töhfələri verdiyini də gözəl bilir. Hal-hazırki seminarların təşkilindən, keçirilməsindən həddindən artıq razı qaldı. Hətta gedəndən sonra bir məktub da göndərdi ki, “Azərbaycanın bu cür inkşaf olduğunu görüb sevindim, bir türk olaraq və bundan sadəcə qürur duyuram”. Burda tikilən idman komplekslərindən və idmana göstərilən qayğılardan çox razı qaldı.
Müsahibəni götürdü: Nurlan Gənctürk
Bu xəbər oxucular tərəfindən 1900 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |