Şrift:
ABŞ Dövlət Departamentinin sözçüsü: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ola bilməz
28.02.2014 [10:37] - Gündəm, Siyasət
“Azərbaycan və Ermənistan arasındakı münaqişə zamanı faciəvi insan itkisi bizə bir daha xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ola bilməz”.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki keçirdiyi brifinqdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı sualı cavablandırarkən deyib.



C.Psaki bildirib ki, münaqişənin sülh yolu ilə nizamlanması regionda sabitliyin və əmin-amanlığın bərqərar olmasına yardım edə bilər. O əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ sülhə nail olunması üçün bütün tərəflərlə əməkdaşlığa sadiqdir.
Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed