28.02.2014 [14:04] - Gündəm, Türk dünyası-Turan
Əhməd Davudoğlu: "Krımda bütün tərəflərin sakit və təmkinli hərəkət edəcəyini gözləyirik”
"Qonşumuz və strateji tərəfdaşımız olan Ukraynada yaşanan siyasi böhranın demokratik prinsip və konsensus əsasında, bütün tərəflərin iştirakı ilə tez bir zamanda həll olunacağına ümid edirik". Türkiyə Xarici İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, bu sözləri nazir Əhməd Davudoğlu deyib. O bildirib ki, hazırda Ukraynanın ərazi bütövlüyünün qorunması və məsələnin Konstitusiya çərçivəsində həll olunması vacibdir: "Bu çərçivədə biz Krım tatarlarının yaşadığı Krım Muxtar Respublikasında da bütün tərəflərin sakit və təmkinli şəkildə hərəkət edəcəyini gözləyirik. Türkiyə Ukrayna xalqının haqlı tələbləri çərçivəsində bütün demokratik həll yollarını dəstəkləməyə davam edəcək".

Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |