01.03.2014 [11:21] - Gündəm, Siyasət
Qarabağ münaqişəsi ciddi problemdir və münaqişənin vaxtı uzandıqca bölgənin inkişafına mənfi təsir göstərir. Bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili Əhməd Kənan Tanrıqulu Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı fikirlərini şərh edərkən bildirib.
”Onu bildirim ki, Qarabağ probleminin həlli, digər etnik separatçı münaqişələrin həllinə öz müsbət təsirini göstərəcək və hətta deyərdim ki, model kimi tətbiq oluna bilər. Müəyyən dairələr Dağlıq Qarabağın Azərbaycan nəzarəti altında qalmasına razı deyillər və istəyirlər ki, münaqişə onların istədiyi kimi həll olunsun” - deyə, millət vəkili qeyd edib.
Millət vəkili Dağlıq Qarabağ probleminin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını bildirib: “Şübhəmiz yoxdur ki, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq və bundan başqa alternativ yol görünmür.

Bu xəbər oxucular tərəfindən 829 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |