Şrift:
Məhəmməd Cavad Zərif: İranla altılıq ölkələri arasında yekun razılaşma bütün sanksiyaların aradan qaldırılmasından keçir
03.03.2014 [10:42] - Güney Azərbaycan xəbərləri, Siyasət
“Biz Ukraynadakı vəziyyətdən çox narahatıq”.İSNA-ın verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.



Onun sözlərinə görə, İran məsələnin dinc yolla öz həllini tapacağına və bölgədə vəziyyətin daha da böhranlı həddə çatmasının qarşısının alınacağına ümid edir: “Çünki bölgə çox həssas bölgədir”.



M.C.Zərif həmçinin deyib ki, İranla “altılıq” ölkələri arasında yekun razılaşmanın həlli bütün sanksiyaların aradan qaldırılmasından keçir: “Əgər “altılıq” ölkələrində yaxşı niyyət və siyasi iradə olsa, həmçinin Cenevrə razılaşmasına uyğun olaraq yanvarın 20-dən qüvvəyə minmiş Birgə Fəaliyyət Proqramına riayət edilsə, bu ilin iyul ayının sonlarınadək yekun razılaşmanın əldə olunması üçün yaxşı şərait mövcuddur. Əsas məsələ İran xalqının etimadını doğrultmaq və onların hüququna hörmət bəsləməkdir. Belə olduğu təqdirdə, İranda sülh məqsədli nüvə proqramının icrası, bütün sanksiyaların ləğv edilməsi və mövcud narahatlığın aradan qaldırılması mümkündür. Bu yol məntiqli bir yoldur və bizim düşüncəmiz tamamilə qəbulediləndir”.
Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed