Şrift:
Azərbaycan Strateji Araşdırmalar Mərkəzi və Belarus Məlumat-Analitik Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
03.03.2014 [12:02] - Gündəm, Siyasət
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) «Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlər» mövzusunda dəyirmi masa keçirib.


Tədbirdə SAM-ın direktoru Fərhad Məmmədov və Belarus Respublikasının Prezident Administrasiyası yanında Məlumat-Analitik Mərkəzinin (MAM) direktoru Aleksandr Bazanov giriş nitqi ilə çıxış ediblər.



Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Belarus Respublikasının Prezidentinin Administrasiyası yanında Məlumat-Analitik Mərkəzinin (MAM) direktor müavini Aleksey Matsevilo və MAM Konsultativ Şurasının eksperti Sergey Kizima məruzə ediblər.



Tədbirdə Belarus və Azərbaycan arasında ikitərəfli münasibətlərin formalaşması və inkişaf mərhələləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları, Azərbaycanın Cənubi Qafqazda apardığı siyasət və s. mövzuları müzakirə olunub.



Sonda SAM və MAM arasında Anlaşma Memorandumu imzalanıb.
Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed