Şrift:
Stalin iranlının tələsinə necə düşdü? - GİZLİ TARİX
04.03.2014 [11:45] - Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
Adıgözəl Məmmədov

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Cənubi Azərbaycanda milli azadlıq hərəkatının məchullarına gün işığı tutan dəyərli araşdırmasının dərcini davam etdiririk. Tədqiaqtın mənbəşünaslar, iranşünaslar və ümumən Pişəvəri hərəkatı ilə maraqlanan hər kəs üçün maraqlı olacağını düşünürük.
“Böyük Azərbaycan dövlətinin yaranmasına razı olmayacaqlar - Gizli tarix”
Bəzi tədqiqatçılar bu qənaətə gəlmişlər ki, “Stalin Qəvamın tələsinə düşüb”. Əslində isə bu həqiqətə uyğun deyildir. Stalin, sadəcə real vəziyyətdən çıxış edərək İranın baş nazirinin şərtlərini qəbul etmişdir.
O zamanlar SSRİ tərəfindən həyata keçirilən nüvə proqramı həqiqətən də, ABŞ-dan geri qalırdı. Bu gerilikdən narahat olan Stalin hələ 1944-cü ildə L.P.Beriya həmin proqramın vəziyyətini yoxlamağı tapşırmışdı. L.P.Beriya bu layihəni tamamilə öz nəzarəti altına ala bilmiş və akademik İ.V.Kurçatova müraciət etməsinə nail olmuşdu.
1943-cü il fevralın 11-də İ.V.Kurçatov Atom Enerjisi İnstitutunun rəhbəri vəzifəsinə təyin olunur. V.Molotovun işindən narazı olan İ.V.Kurçatov 1944-cü ilin sentyabrında L.P.Beriyaya məktubla müraciət edir (Bax: N.K.Baybakov. Stalindən Yeltsinədək):

“SSRİ Xalq Komissarları Sovetinin Sədr Müavini L.P.Beriya yoldaşa”.
M.Q.Pervuxinin və mənim Sizə ünvanlanan məktubumuzda biz uran problemləri ilə bağlı işin vəziyyəti və xaricdə bunun həddindən artıq yüksək inkişafı haqqında xəbər vermişdik.Son ay ərzində mən uran problemləri ilə bağlı kifayət qədər həcmli (300 səh. mətn) materialların ilkin tədqiqi ilə məşğul olmuşam. Bu tədqiq bir daha göstərdi ki, xaricdə bu problem ətrafında miqyasına görə dünya elm tarixində görünməmiş çox dəyərli nəticələr əldə etmiş elmi və mühəndis-texniki qüvvələr cəmləşdirilib. Bizdə isə 1943-1944-cü illərdə uranla bağlı işlərin inkişafında böyük irəliləyişə baxmayaraq, vəziyyət tamamilə qeyri-məqbul olaraq qalır.
Xammal və bölgü məsələləri ilə bağlı vəziyyət xüsusilə əlverişsizdir. 2 saylı laboratoriya maddi-texniki baza ilə kifayət qədər təmin olunmayıb. Bir çox əlaqədar təşkilatların fəaliyyəti vahid rəhbərliyin olmaması və problemin əhəmiyyətinin kifayət qədər qiymətləndirilməməsi üzündən lazımı inkişafını tapmır.
Sizin həddən artıq məşğul olduğunuzu bilərək, mən yenə də uran probleminin tarixi əhəmiyyətini nəzərə alıb Sizi narahat etmək qərarına gəldim. Sizdən işlərin bizim Böyük Dövlətimizin imkan və əhəmiyyətinə müvafiq tərzdə təşkil olunması haqqında göstəriş verməyi xahiş edirəm.

İ.Kurçatov ,Moskva şəhəri,29 sentyabr 1944-cü il

1945-ci ilin əvvəllərində İ.V.Kurçatov V.Molotovdan Stalinə şikayət edir. İ.Stalin 1945-ci ildən atom layihəsinə rəhbərliyi L.P.Beriyaya tapşırır. SSRİ bu silaha malik olmalıdır. Beriya təkcə insanları sıxmaq və tələsdirməyi deyil, həm də yekun nəticəyə nail olmağı bacarırdı. Alimlərin zəruri materiallarla təmin və təchiz edilməsi probleminin həllində ikinci belə təşkilatçı tapmaq mümkün deyildi. Burada, görünür, L.P.Beriyanın yalnız yaxşı təşkilatçılıq qabiliyyəti deyil, həm də onun SSRİ kəşfiyyatındakı iş təcrübəsi özünü göstərirdi. O, atom bombasının hazırlanma sirləri haqqında məlumatlar əldə edə bilir və 20 avqust 1949-cu ildə bomba hazırlanaraq sınaqdan keçirilir. Buna görə də həmin layihədə uğur əldə edən sovet alimləri L.P.Beriyanı “atom bombasının atası” adlandırırdılar. Çox heyif ki, bu, 1946-cı ildə deyil, 1949-cu ildə baş verdi...
24 mart 1946-cı il, saat 13.40 dəqiqədə Moskvadan Bakıya 2167/68 saylı şifroqram gəlir.

F № 1, siy. № 89, iş № 112
Surəti
ŞİFROQRAM № 2167/68

MOSKVADAN ŞƏXSƏN
BAKI HƏRBİ DAİRƏSİNİN KOMANDANI
MASLENNİKOV YOLDAŞA
4-CÜ ORDUNUN KOMANDANI
LUÇİNSKİ YOLDAŞA

SURƏTİ: BAĞIROV YOLDAŞA

1. 4-cü ordunun qoşunlarının, müəssisə və anbarlarının BAKI HƏRBİ DAİRƏSİ ərazisində daimi dislokasiya yeri tutması üçün İrandan çıxarılmasına başlayın;
2. Qoşunların çıxarılmasına martın 24-də başlamaq və bu ilin 9 aprel-10 may tarixindən gec olmayaraq, tam sona çatdırmaq lazımdır;

KƏRƏC qarnizonu bu gün 24 mart saat 20-dən gec olmayaraq, çıxarılmalıdır;
68 Sari diviziyası qarnizonunu sonradan dənizlə daşımaq üçün BƏNDƏR-ŞAH rayonunda toplayın. Diviziyanın avtonəqliyyatını RƏŞTDƏN keçməklə öz hərəkəti ilə göndərin;
İlk növbədə qoşunlar QƏZVİN, RƏŞT, ZƏNCAN rayonlarından və QORQAN, SARİ rayonlarından çıxarılsın;
QƏZVİNDƏN 5 aprel tarixindən gec olmayaraq, çıxmaq lazımdır;
I qvardiya mexanikləşdirilmiş diviziyası (RUSSİYANOV) ən axırda çıxmalıdır;
3. Qoşunların çıxarılmasını mütəşəkkil şəkildə, sakit, səs-küysüz və xüsusi tələsiklik olmadan həyata keçirin;
Komandirlər və siyasi orqanlar çıxıb gedən sovet qoşunlarının yerli əhali tərəfindən yola salınmasını təşkil etsinlər;
Mövcud ərzaq ehtiyatlarının bir həssəsi yerli əhaliyə paylanılsın;
4. Qoşunların çıxarılma planı və qaydasını bu ilin 25 mart tarixində BAŞ QƏRARGAHA çatdırın.
Qoşunların çıxarılmasının gedişi haqqında hər gün 24.00-da məruzə edin.
Dənizdə daşınma sifarişini martın 26-dək BAŞ QƏRARGAHA təqdim edin.

№ 16006 İ.Stalin
№ 10961, 62/III Antonov
13. 40. 24. 3. 46-cı il

Belə göstərişin gəlməsinə baxmayaraq, M.C.Bağırov Cənubi Azərbaycandakı hakimiyyəti necə saxlamağı götür-qoy edib, Bakı hərbi dairəsinin komandanı Maslennikova müraciət edir və məsələləri onunla razılaşdırıb, Stalinə məktub yazırlar.(Ordu generalı, Sovet İttifaqı Qəhrəmanı İ.İ.Maslennikov 1939-cu ildə Beriya tərəfindən Sərhəd Qoşunları Komandanı və Daxili İşlər Xalq komissarının müavini vəzifəsinə təqdim edilmiş, 1942-1943-cü illərdə isə Zaqafqaziya cəbhəsi və Şimali Qafqaz cəbhəsinin Şimal qoşun qrupunun komandanı olmuşdu. 1952-ci ildə “Voyennaya mısl” jurnalanın avqust nömrəsində Zavyalov və Kalyadinin “Qafqaz uğrunda döyüş” başlıqlı məqaləsi çıxmışdı. Bu məqalə ilə bağlı Maslennikov baş qərargahın Hərbi-elmi idarəsinin rəisinə məktub göndərərək yazmışdı: “56-cı səhifədə müəlliflər SSRİ Ali Baş Komandanlığı Qərargahının gördüyü tədbirləri xarkterizə edərkən, 1942-ci ilin avqustunda Qafqaz cəbhəsində yaranmış olduqca çətin şəraitə baxmayaraq, bütün vəziyyəti dəyişmiş və köklü dönüş yaratmış Lavrentiy Pavloviç Beriya yoldaşın həyata keçirdiyi böyük yaradıcılıq işini və prinsipial siyasi-təşkilati tədbirləri ötəri və olduqca səthi xatırladırlar. L.P.Beriya yoldaşın fəaliyyətinin belə xarakteristikası onun şəxsi və bilavasitə rəhbərliyi altında həyata keçirilmiş bütün tədbirlərin tam mənzərəsini əks etdirmir”).

STALİN yoldaşa

Martın 28-də Sovet Culfasında biz İran Azərbaycanı Milli hökumətinin rəhbərləri Pişəvəri, Şəbüstəri və doktor Cavidlə görüşdük.

Sizin göstərişinizə müvafiq olaraq, biz yaranmış şəraiti onlara izah etdik və bu gün İran Azərbaycanında mövcud olan vəziyyətin saxlanmasında təkid etməməyi məsləhət gördük. Onlara Tehran hökuməti ilə bağlanacaq sazişdə bizim səfirin Qəvama ünvanlanmış 24 mart tarixli məktubunda irəli sürülən təklifləri əsas götürməyi tövsiyə etdik.

14 mart tarixində mən (M.C.Bağırov – A.M.) onlarla ilkin söhbət aparsam da, bizim son təkliflərimiz onlara çox ağır təsir bağışladı. Hər üçü bildirdi ki, onlar bizim məsləhətimizi qeyd-şərtsiz icraya qəbul edirlər, amma eyni zamanda aşağıdakıları bizim diqqətimizə çatdırmağı zəruri sayırlar:

İran Azərbaycan Demokrat Partiyası və Milli hökuməti mövcud olduqları dövr ərzində xalqa çoxlu vədlər vermişlər ki, onların da bir hissəsi artıq həyata keçirilib və indi elan olunmuş tədbirlərdən əl çəkilməsi onlara çox ağır gəlir.

Onlara Qəvama inanmır, gözəl bilirlər ki, o, Azərbaycan xalqının hüquqları haqqında bütün vədlər və hətta yazılı sazişləri İran Konstitusiyasına istinadla tədricən ləğv edəcək, İran Konstitusiyası isə mahiyyətcə xalqın hüquqlarını deyil, mürtəce rejimi müdafiə edən sənəddir.

Onlar İran silahlı qüvvələrindən qorxmurlar, amma əmindirlər ki, Qəvam irticaçı tacirləri, mülkədarları və ruhaniləri ələ almaqla, Azərbaycanda vətəndaş müharibəsi törədəcək, kürdlər və azərbaycanlıları millətlərarası qırğına sürükləyəcək. Bu işdə isə ona ilk növbədə ingilislər kömək edəcəklər.

Qəvam həqiqətən də İranda islahatlar keçirmək istəyirsə, onun üçün silahlı qüvvələri ilə birlikdə Milli hökumətdən etibarlı dayaq ola bilməz. Amma Qəvam çətin ki, bunu istəsin.

Deyilənlərə əsasən, Pişəvəri, Şəbüstəri və Cavid xahiş edirlər ki, bizim qonşular geri çəkildikcə onlara Şimali İranın digər vilayətlərindəki mütərəqqi demokratik elementlərlə əlaqəyə girmək və birgə səylərlə Tehran irticasına qarşı mübarizəyə başlamaq icazəsi verilsin.

Onlar Sovet İttifaqının vasitəçiliyini Azərbaycan xalqının heç olmasa minimal hüquqlarının qorunub saxlanmasının yeganə real zəmanəti hesab edirlər.

Yaranmış ağır maliyyə vəziyyəti və öz silahlı qüvvələrinin formalaşdırılmasını tezliklə başa çatdırmaq zərurəti ilə əlaqədar olaraq onlar:

1. Azı 5 milyon tümən məbləğində pul yardım etməyi;

2. 100 yük avtomaşın ayırmağı

3. Sərhəd xidmətinin təşkil olunması və daxili qoşunların yaradılması üçün İran Azərbaycanına bir ay müddətinə Azərbaycan SSR Daxili İşlər Nazirliyi qoşunlarından 20 azərbaycanlı təlimatçı göndərməyi;

4. Milli ordunun ehtiyacları üçün müəyyən həcmdə dərman və tibb ləvazimatı ayırmağı xahiş edirlər;

Onların xahişinin təmin olunmasını zəruri hesab edirik.

Sizin göstərişlərinizi gözləyirik;

M.C.Bağırov

İ.İ.Maslennikov

29 mart 1946-cı il

1946-cı il aprelin 4-də Tehranda SSRİ ilə İran arasında birgə Sovet-İran neft şirkətinin yaradılması haqqında saziş imzalandı və müqavilə bağlandı. Bu müqavilə İran Məclisi tərəfindən yeddi ay ərzində təsdiq edilməli idi.

Sovet qoşunları İrandan çıxarılandan sonra Cənubi Azərbaycanda və Şimali Kürdüstanda demokratik hərəkatı Moskvanın nəzarəti altında saxlamaq üçün M.C.Bağırov və İ.Maslennikov ABŞ-ın diplomatik “örtüyü” altında fəaliyyət göstərən xüsusi xidmətlərin köməyi ilə İran Kürdüstanının lideri Qazi Məhəmmədin söhbətinin yazısını tapıb Stalinə göndərə bildilər.

F № 1, siy. № 89, iş № 112

STALİN yoldaşa

İran Kürdüstanının rəhbəri Qazi Məhəmmədin ABŞ konsulu vəzifələrinin müvəqqəti icraçısı ilə 25 aprel 1946-cı il tarixdə Təbriz şəhərində olmuş söhbətinin qısa yazısını Sizə göndəririk.

KONSUL: Rezaiyyədə(Urmiyada) ABŞ vətəndaşı yaşayır. Mən Rezaiyyədə hər hansı bir çaxnaşma və ya qiyamın baş verdiyi halda onların qorunması üçün tədbirlər görməyi xahiş edirəm.

QAZİ MƏHƏMMƏD: Nə ABŞ vətəndaşları, nə də Rezaiyyə əhalisi üçün təhlükə yoxdur. Məni hətta Sizin hansısa xəyali təhlükə və ya bandalar haqqında sualınız təəccübləndirir. Rezaiyyədə azərbaycanlılar, aysorlar, ermənilər və kürdlər vahid, mehriban ailə kimi yaşayır və onların öz aralarında bölə bilməyəcəyi bir şey yoxdur. Mən sizi əmin edə bilərəm ki, bizim sakitliyimizi, dostluğumuzu heç kəs poza bilməz və biz buna yol vermərik.

KONSUL: Əvvəllər, müharibədən qabaq İran, Türkiyə və İraq kürdləri yaranan problemlərlə bağlı öz nümayəndələrini seçir və ABŞ-a göndərirdilər. Bəs nə üçün kürdlərin nümayəndələri indi ABŞ-a müraciət etmirlər?

QAZİ MƏHƏMMƏD: Biz, İran Kürdüstanının nümayəndələri yalnız öz əhalimiz haqqında düşünürük və Türkiyə, İraq və ya digər ölkələrdəki kürdlərlə işimiz yoxdur. Əgər Siz, ABŞ nümayəndəsi kimi, bizim ABŞ-a öz adamlarımızı göndərməyimizi istəyirsinizsə, biz bu dəvəti minnətdarlıqla qəbul edirik.

KONSUL: Siz əlbəttə, öz adamlarınızı ABŞ-a göndərə bilərsiniz, amma xüsusi məsələlərlə bağlı yox, çünki Kürdüstan dövlət deyil. Qəvamın nümayəndəsi azərbaycanlıların yanına gəldiyi kimi, Tehran hökuməti Sizinlə, kürdlərlə görüşmək üçün də nümayəndə göndərirmi?

QAZİ MƏHƏMMƏD: Biz Tehrandan heç bir nümayəndə gözləmirik və buna elə bir ehtiyac da yoxdur. Azərbaycanlılar və kürdlər bir xalq, bir ailədir və azərbaycanlılar gələn nümayəndə ilə istər özlərinin, istərsə də bizim məsələlərimiz barəsində danışa bilərlər.

KONSUL: Azərbaycan və Tehran nümayəndələri arasında danışıqların mümkün nəticəsi haqqında nə düşünürsünüz?

QAZİ MƏHƏMMƏD: Mən əminəm ki, danışıqların nəticəsi kifayət qədər uğurlu olacaq. Nə azərbaycanlılar, nə də Şimali Kürdüstanda yaşayan digər xalqlar böyük tələblərlə çıxış etmir və İranın bütövlüyünü pozmağa can atmırlar. Digər İran xalqları kimi, biz, kürdlər də hazırkı rejimdən razı qala bilmərik. Əgər Qəvam üzdə göstərdiyi kimi, həqiqətən də demokratiyanın tərafdarıdırsa, onda o Azərbaycan xalqının qanuni tələblərinin təmin olunmasına razılıq verəcək.

KONSUL: Mən Sizin Amerika istehsalı olan “Cip” avtomobilində gəzməyinizə etiraz etmirəm. Kürdlər nəyi üstün tuturlar, bu maşınları, yoxsa atları?

QAZİ MƏHƏMMƏD: Kürdlər nəyi daha üstün tuturlar, bu maşınları, yoxsa atları? Düşünürəm ki, bu Sizə də tam aydındır. Amerika texniki baxımdan zəngin ölkədir, amma indiyə kimi bizə bir maşın da olsun bağışlamayıb. Siz əvvəlcə bizə maşın verin, sonra soruşun.

KONSUL: Düşünürdüm ki, Siz maşınları bizim İranı tərk etmiş ordumuzdan alıbsınız.

QAZİ MƏHƏMMƏD: Maşınları biz Tehranda pulla almışıq. Biz kürdlər bilirik ki, Amerika Demokratik ölkədir. Özünüzü demokratiya tərəfdarı və kiçik xalqların müdafiəçisi elan etmiş İngiltərə də özünü demokratik ölkə adlandırır. Amma biz kürdlərə aydın deyil ki, nə üçün ingilislər Londondan yayımlanan verilişlərində bizim dünyada sülh üçün təhlükə törətdiyimizi, idarəetmə orqanlarımızın məhv edilməsini, yer üzündən silinməsini və s. bəyan edirlər. Özünü demokratik adlandıran ölkənin belə bir bəyanatını biz heç cür anlaya bilmirik. Bəlkə bunun səbəbini bizə Siz izah edəsiniz.

KONSUL: Biz amerikalılar xarici dövlətlərin radio verilişləri və bəyanatlarına izahat verə bilmərik. Bundan başqa, biz ümumiyyətlə, digər dövlətlərin işinə qarışa bilmərik.

QAZI MƏHƏMMƏD: Biz kürdlər Amerika, Sovet İttifaqı, İngiltərə kimi böyük dövlətlərin bizə diqqətini hiss etmirik. Biz Sizdən rəsmi olaraq bizə diqqət yetirməyi və bizə Amerika xalqı kimi azad və demokratik xalq olmaqla kömək göstərməyi xahiş edirik. Biz də amerikalılar kimi əsarətsiz yaşamaq istəyirik, biz öz xalqımızı mədəniyyətə doğru aparmaq və öz geriliyindən yaxa qurtarmış bir çox qabaqcıl xalqlar kimi yaşamaq istəyirik.

KONSUL: Əfsus ki, biz amerikalılar kürd xalqının həqiqi həyatı və vəziyyəti haqqında heç nə bilmirik. Etiraz etmirsinizsə, biz üç həftədən sonra konsul Tehrandan qayıtdıqdan sonra Sizin yanınıza gələrik.

QAZİ MƏHƏMMƏD: Biz heç kimə Kürdüstana gəlməyi qadağan etmirik. Siz orda olmaq istəyirsinizsə, buyurun, gəlin.

M.C.Bağırov

İ.İ.Maslennikov

27 aprel 1946-cı il

M.C.Bağırov və İ.İ.Maslenikovun Stalinə göndərdiyi məktub Sovet qoşunlarının İrandan çıxarılmasının nəticələrini əks etdirir. Əslində, Stalinin atdığı addıma qarşı çıxan M.C.Bağırov Azərbaycan xalqının İran hökuməti ilə təkbətək qalmasından gizli narazılığını bildirir. Bundan başqa, hədəf kimi Qəvamı seçərək, yazır ki, İranın hakimiyyət dairələrində Cənubi Azərbaycanda baş verən proseslərin qafqazlılar tərəfindən törədildiyi haqqında söhbətlər gəzir. O, bunun Stalin- Beriya-Bağırov üçlüyü olduğunu eyham vurur. O həmçinin, Qəvam və Stalin arasında razılaşmanın yenidən baxılmalı olduğuna da işarə edir.

Bundan başqa M.C.Bağırov bu məktubda amerikalılar və ingilislərin Cənubi Azərbaycan və Şimali Kürdüstanda baş verən proseslər üzərində nəzarəti ələ almalarını xüsusi olaraq qeyd etməyə çalışıb.

F №1, siy. № 89, iş №112

STALİN YOLDAŞA

Bizim qoşunlarımızın İran Azərbaycanından çıxması əhali kütlələri, irticaçı elementlər və ingilispərəst dairələr arasında müxtəlif reaksiyalar doğurdu.

Kəndlilər, fəhlələr, ziyalılar və bütün demokratik elementlər qoşunların İrandan çıxarılması ilə bağlı açıq-aydın təəssüf hissi keçirirdilər. Bu əhali təbəqələri bizim qoşunlarımızın getdikdən sonra irticaçı qüvvələrin hücuma keçəcəyini əvvəlcədən görərək, Azərbaycanda demokratik hərəkatın gələcək taleyi ilə bağlı narahatlıq və həyəcan ifadə edirdilər. Amma əhali və demokratların rəhbər dairələri arasında çaşqınlıq və ruh düşkünlüyü müşahidə olunmamışdır.

Bizim qarnizonlarımızın yerləşdiyi bütün Azərbaycan şəhərlərində Qızıl Ordu hissələrinin yola salınması təntənəli ümumxalq nümayişlərinə çevrilmişdir. İran Azərbaycanının Ərdəbil, Marağa, Rezaiyyə, Xoy və Zəncan kimi iri şəhərlərində hələ Qızıl Ordunun çıxması ərəfəsində mağazalar, idarələr və şəxsi evlər ucdantutma xalçalar, Sovet və İran bayraqları, Stalin yoldaşın, sovet xalqının rəhbərlərinin, Qızıl Ordu qəhrəmanları və sərkərdələrinin portretləri ilə bəzədilmişdi. İranın SSRİ ilə mədəni əlaqələr cəmiyyətinin yerli şöbələrində əhalinin bütün təbəqələrinin iştirakı ilə Qızıl Ordunun getməsinə həsr olunmuş təntənəli yığıncaqlar keçirilirdi. Bu yığıncaqlarda fəhlələrin, həmkarlar ittifaqları və demokratik təşkilatların, ziyalıların və tacirlərin nümayəndələri coşqun nitqlər söyləyir, əhalinin Qızıl Orduya minnətdarlığını bildirir, ünvan və hədiyyələr verirdilər.

Yola salma mərasimlərində çoxlu sayda azərbaycanlı qadınların iştirakı diqqəti cəlb etmişdir ki, bu da İran şəraitində heç vaxt görünməmiş bir haldır.

Bizim Təbriz şəhərindəki hissələrimizin 100 min nəfərdən artıq adamın iştirak etdiyi yola salma mərasimi xüsusilə möhtəşəm və təsirli keçdi.

Təbrizdə qarnizonun getməsinə bir neçə gün qalmış hər axşam İran-SSRİ mədəni əlaqələr cəmiyyəti, erməni ictimaiyyəti, şəhər idarəsi və ayrı-ayrı ictimai xadimlər tərəfindən təntənəli yığıncaqlar təşkil olunurdu. Yeni demokratik qəzetlər Qızıl Ordunun xilaskar ordu kimi rolu və əhəmiyyətini, İran Azərbaycanı əhalisinə göstərilən yardımı geniş işıqlandıraraq, Qızıl Ordu nümayəndələrinin əhali ilə mədəni davranışını xüsusi qeyd edirdilər.

Mayın 5-də bizim hərbi maşınlarımız qruplarla Təbrizin mərkəzi küçələri ilə keçən zaman qadınlar və kişilər maşınlara yaxınlaşır, əllərini qaldıraraq, belə sözlərlə vidalaşırdılar: “nə üçün gedirsiniz?”, “nəyə görə bizi tərk edirsiniz?”, “sizə uzun ömür arzuluyırıq” və s. Kolonnanın son maşını keçdikdən sonra küçəni hər iki tərəfdən tutan böyük insan kütləsi maşınların arxasınca düşüb qışqırırdı: “yaxşı yol, əziz dostlar”, “bizi unutmayın”, “tezliklə görüşənədək”.

Qızıl Ordu hissəlirinin yola salınmasında iştirak etmək üçün kürd xalqının nümayəndələri nüfuzlu rəhbərlərinin başçılığı altında Şimali Kürdüstandan Təbrizə gəlmişdilər.

Tehran nümayəndələri qeyri-rəsmi olaraq indiyədək Azərbaycanda baş verənlərin qafqazlılar tərəfindən törədildiyini, amma Qəvamın heç vaxt Azərbaycan nümayəndə heyətinin tələbləri ilə razılaşmayacağını bəyan edib deyirlər: “Yaxın gələcəkdə Pişəvəri hökuməti yox olacaq”.

İngilislər son vaxtlar Azərbaycan milli hökumətinin bütün fəaliyyətini diqqətlə izləyir və onun çıxardığı qanun və sərəncamları öyrənirlər. Bu yaxınlarda ingilislər, azərbaycanlılar və kürdlər arasında bağlanmış sazişin mətnini tərcümə edib Tehrana yollamışlar. Tehranın tələbi ilə ingilis konsulu Uoll bu günlərdə Şeyx Xiyabani (1920-1921-ci illərdə Azərbaycanda demokratik hərəkatın tanınmış rəhbəri, irticaçılar tərəfindən edam olunub) haqqında bioqrafik məlumatlar toplayaraq, təyinatı üzrə göndərmişdir.

Amerika, Türkiyə və İran konsulları həftədə bir neçə dəfə ingilis konsulunun yanına gedirdilər. Onlar Azərbaycandakı vəziyyətlə bağlı ayrı-ayrı məsələlər üzrə fikirlərini bölüşür, öz hökumətləri üçün eyni xarakterli və məzmunlu informasiyalar tərtib edirlər. Bütün konsullar üçün baş müşavir ingilis konsulu Uolldur.

Konsulluq işçilərinin vasitəsilə Uoll son zamanlar Qızıl Ordu hissələrinin çıxıb getməsi münasibətilə təşkil olunan bütün görüş və ziyafətlərlə maraqlanırdı – kim gəlmişdi, hansı sağlıqlar söylənilib, hansı hədiyyələr gətirilmişdi və s.

Aprelin sonunda Tehrandakı ingilis dairələrinə bağlı olan “Qiyami-İran” qəzetinin redaktorunun qardaşı Sədri və Əkbər Rəzəvi adlı birisi Tehrandan Rəşt şəhərinə gələrək Məclis deputatlığına mümkün sovetyönlü namizədlərə qarşı antidemokratik fəaliyyət və təbliğata başlamışlar. Göstərilən şəxslər ingilis bankının Rəşt şöbəsində ingilislərin xeyrinə təbliğat xərclərinin ödənilməsi üçün irticaçı bir tacirin adına xüsusi cari hesab açmışlar.

Amerika hərbi attaşesinin Təbrizdə olan köməkçisi, bəzi məlumatlara görə, rusiyalı ağ qvardiyaçı kapitan Qaqarin hər vəchlə Kürdüstan rayonlarına getmək istəyir. O dəfələrlə yerli hakimiyyət orqanlarına Kürdüstana getməyə buraxılış vərəqəsi üçün müraciət etmiş, amma onun bu müraciətləri nəticəsiz qalmışdır. Təbizdə o bir neçə yerli nüfuzlu şəxslə görüşərək sovet qoşunlarının çıxıb getməsi ilə bağlı demokratların əhval-ruhiyyəsi ilə maraqlanmış, onların Tehranla ümumi dil tapmaq və İran hökuməti ilə münasibətləri dinc yolla tənzimləmək, yoxsa silahlı qarşıdurmaya getmək və öz muxtariyyətini müdafiə etmək niyyətində olduqlarını aydınlaşdırmağa çalışmışdır.

Mayın 7-də Qaqarin Təbrizdə Qazi Məhəmmədlə görüşüb ona aşağıdakı sualları vermişdir:

1. QAZİ: kürdlərin məişət şəraiti ilə tanış olmaq üçün Kürdüstana gəlməyinə etiraz etmir ki?

2. QAQARİN: Amerika silahları – kürd zabitlərinin gəzdirdikləri tapançalar ruslardan alınmayıb ki?

3. QAZİ: Amerikaya getmək istəməzdimi?

Bu suallara cavab olaraq, QAZİ MƏHƏMMƏD bildirmişdir:

1. Azərbaycan Milli hökuməti razılıq verərsə, o, QAQARİNİN Kürdüstana gəlməyinə etiraz etmir.

2. Kürdlərdə təkcə Amerika istehsalı deyil, həm də alman, ingilis və sair mənşəli silahlar var. Bu silahlar kürdlərdə hələ Rza şahın dövründən qalıb.

3. “Əgər Amerikaya da yol Kürdüstana olduğu kimi açıqdırsa”, - deyən QAZİ MƏHƏMMƏDƏ QAQARİN dərhal belə cavab verib: “Amerikaya yol açıqdır. İstənilən vaxt getmək olar”.

Mürtəce dairələrin və ingilis-amerikan agenturasının fitnələrinə və güclü təbliğatına baxmayaraq, geniş demokratik təbəqələrin siyasi və mənəvi vəziyyəti sabit qalmaqda davam edir. İran Azərbaycanının demokratik təbəqələri Azərbaycan Milli hökuməti ilə Qəvam hökuməti arasında aparılan danışıqları diqqətlə izləyərək, Tehran və Azərbaycan arasında münasibətlərin sülh yolu ilə tənzimlənməsini istəyir, eyni zamanda Azərbaycan xalqının milli hüquqlarına və demokratik nailiyyətlərinə xələl gətirə biləcək güzəştləri istisna edirdilər.

Adıgözəl Məmmədov
Bu xəbər oxucular tərəfindən 1382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed