Şrift:
Avropa çempionatının gümüş mükafatçısı Araz da oynayacaq
04.03.2014 [14:02] - İdman
Futzal üzrə Naxçıvanın “Araz” komandası Bakıda keçiriləcək “Dördlər finalı” öncəsi heyətini ukraynalı qapıçı ilə gücləndirib. Apasport.az xəbər verir ki, Moskva təmsilçisi Aleksey Popovu cari mövsümün sonuna kimi ölkə çempionumuza icarəyə verib.


Popov ötən ilin yayında “Dina” ilə müqavilə bağlasa da, onun adı Rusiya Superliqasının yeni mövsümündə sifariş ərizəsinə salınmamışdı. Buna səbəb isə yeni qaydalara görə, legionerlərə dair qəbul edilən limit olmuşdu. Nəticədə “Dina” Popovun vətəndaşlığını dəyişdirmək üçün FİFA-ya müraciət etmişdi. Qərar qəbul olunana kimi Aleksey “Yenakiyevets” klubunda icarədə oynamalı olsa da, Rusiya Futbol İttifaqı buna qadağa qoymuşdu.

Qeyd edək ki, Popov 2005-2013-cü illər ərzində “Dinamo”da çıxış edib. O bu komanda ilə 6 dəfə Rusiya çempionu, 5 dəfə ölkə kubokunun və 1 dəfə UEFA Kubokunun (2006/07) sahibi olub. Aleksey bundan öncə 2001-2005-ci illərdə çıxış etdiyi “Şaxtyor”la 3 dəfə Ukrayna çempionluğunu və 3 dəfə də ölkə kubokunu qazanıb. Ukrayna yığmasında da çıxış etmiş Popov 2001 və 2003-cü ildə Avropa çempionatının gümüş mükafatçısı olub.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed