05.03.2014 [12:09] - Xəbərlər, Sağlıq
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qlobal Fondun (QF) Direktorlar Şurasının 31-ci İclası keçirilir. Martın 4-dən öz işinə başlayan iclas martın 7-də yekunlaşacaq.
QF-nin 31-ci iclasında qəbul olunacaq qərarlardan sonra ölkəmiz Qlobal Fondla öz əməkdaşlığının növbəti 5 illik fəaliyyət mərhələsinə başlayacaq. Bu məqsədlə Azərbaycanda Səhiyyə sahəsində beynəlxalq proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası Qlobal Fonda rəsmi olaraq müraciət edib və mart ayının sonunda bununla bağlı Fondun qərarı açıqlanacaq.
İndoneziyanın Cakarta şəhərində təşkil olunan iclasda Qlobal Fonddan maliyyə dəstəyi alan 150-dən çox dünya ölkələri, Qlobal Fonda maliyyə yardımı göstərən donor ölkələr, habelə Beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Tədbirdə Qlobal Fondun Yeni Maliyyələşdirmə Modelinin uğurlu tətbiqi üçün bir sıra maliyyə və strateji sənədlərin qəbulu nəzərdə tutulub.
Əhəmiyyətli layihələrə uğurla imza atmış Fond 2002-ci ildən başlayaraq, üç xəstəliyə qarşı mübarizədə dünyanın 150-dən artıq ölkəsinə yardım göstərib. Fondun maliyyə dəstəyi ilə 2013-cü ilin sonunda İİV/QİÇS-dən əziyyət çəkən 6,1 milyon insan antiretrovirus terapiyası ilə əhatə olunub, 11,2 milyon vərəm xəstəsi aşkarlanaraq müalicəyə cəlb olunub, malyariya ilə mübarizədə 360 milyon insektisidlərlə işlənilmiş miçətkənlər ailələrə paylanıb.
Qeyd edək ki, ölkəmiz 2005-ci ildən Qlobal Fondla əməkdaşlıq edir və bu istiqamətdə bir sıra birgə uğurlu layihələr həyata keçirib.

Bu xəbər oxucular tərəfindən 1409 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |