05.03.2014 [12:26] - Xəbərlər, Türk dünyası-Turan
Ukraynada yaşayan Krım tatarları bilməlidirlər ki, onlar yaranmış vəziyyətdə tək deyillər. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Xəbəri çərşənbə günü Türkiyənin "Sabah" qəzeti yayıb.
Onun sözlərinə görə, Krım tatarlarının təhlükəsizlik məsələsi rəsmi diqqət mərkəzindədir.
XİN rəhbəri bildirib ki, Ankara Krımda etnik toqquşmaların baş verəcəyindən ehtiyatlanır.
Davudoğlu bəyan edib ki, cümə axşamı Romada Rusiyanın XİN rəhbəri ilə Krımdakı vəziyyət də müzakirə olunacaq.
Bir müddət əvvəl xəbər verilmişdi ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada Krım Tatarları Assosiasiyasının nümayəndələri ilə görüşüb.
"İlk olaraq biz ulu babalarımızdan əmanət qalan Krıma köməyə tələsdik", - deyən Davudoğlu Ukraynanın birliyinin və bütövlüyünün, eləcə də bu ölkənin vətəndaşlarının hüquq bərabərliyinin qorunmasının vacibliyini qeyd edib.
Onun sözlərinə görə, Baş nazir Rəcəb Tayyib Ərdoğan Krımda baş verən hadisələrlə bağlı zəruri tədbirlər görülməsi üçün göstəriş verib. Bundan əlavə XİN rəhbəri bildirib ki, nazirlikdə üç saatdan artıq davam edən təcili iclas zamanı məsələnin bütün detalları müzakirə olunub.
Qeyd edək ki, fevralın 26-da səhər Krım Ali Şurasının binası qarşısında bir neçə min adam toplaşaraq mitinq keçirib. Krımda etiraz aksiyasının güclənməsindən sonra Rusiya Federasiya Şurası Ukrayna ərazisində "bu ölkədə ictimai-siyasi vəziyyət normallaşanadək" RF Silahlı Qüvvələrindən istifadə olunması üçün Prezidentə icazə verib.
Bununla əlaqədar Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri, eləcə də Aİ-nin və Avropa Komissiyasının sədrləri birgə bəyanat yayaraq Rusiyanın Ukrayna ilə bağlı mövqeyini pisləyiblər və bu ilin iyun ayında Soçidə keçirilməsi planlaşdırılan "Böyük səkkizlik" sammitinə hazırlığı dayandırıblar.

Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |