Şrift:
Rusiya nüvə başlığı daşıya bilən qitələrarası raket silahını sınaqdan keçirib
05.03.2014 [14:17] - Gündəm, Hərb
Rusiya mətbuatının verdiyi məlumata görə, Ukrayna ilə sərhəddən 450 km məsafədə yerləşən Həştərxan bölgəsindəki “Kapustin Yar” poliqonundan buraxılan qitələrarası raket Qazaxıstanda yerləşən “Sarı-Şaqan” poliqonundakı hədəfi vurub.



Dünən Moskva vaxtı ilə saat 22:10-da gerçəkləşən sınaq testində müasirləşdirilmiş yeni raket başlığının istifadə edildiyi bildirilib.



Raket silahının sınağı ilə bağlı açıqlama verən Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti və informasiya idarəsinin nümayəndəsi İqor Yeqorov sınağın uğurla keçdiyini və hədəfi vurduqlarını açıqlayıb.



Qeyd edək ki, Rusiya istehsalı RS-12M Topol-M raketi 10 min km məsafə uzaqlıqda yerləşən hədəfi vurur. Raket 550 kq nüvə başlığı daşımağa malikdir.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed