06.12.2011 [14:01] - Güney Azərbaycan xəbərləri
Mavi Kitabın gizli məqsədi
ABŞ-ı həm Dünya Savaşıına, həm də Türkiyəyə qarşı müharibəyə cəlb etmək İngiltərənin mürtəce dairələrinin ali gizli məqsədi idi. Mavi Kitabda irəli sürülən mülahizələrin özəti budur; Mavi kitab hazırda kitab rəfində toz altında qalmışdır. Bu kitab Britaniyanın Türklərin əleyhinə təkrar istifadəyə ehtiyac oluncaya qədər orada toz içində qalacaqdır. Dr. Ualş davam edərək yazır ki, Toynbee 1922 - ci ildə “ Western Question and Turkey ” (“ Qərbin sualı və Türkiyə ”) adlı kitabın 50-ci səhifəsində bu kitabı təbliğat məqsədilə yazdığını özü qeyd etmişdir. İngilis tarixçisi Trevor Uilson bu mövzuda demişdir; “Lord Brys bu iddiaların yalan ya da saxta olduğunu söyləmək seçənəyinə sahib deyidi. Toynbee nin Türkiyə ilə bənzər bir şəkildə Almaniyanın güya Belçikada insanlığa sığmayan vəhşiliklər törətməsi haqqında qurama xəbərlərinin heç birinin doğru olmadığı müharibədən sonra isbatlandı.” (Journal of Contem porary History, iyun, 1979.) Fəqət Britaniya Mavi Kitabda yazılanlara dəlil kimi istinad edərək, 1920-21 -ci illər arasında bir çox milli mücadilə öndərlərini günahlandırıb Maltaya sürgünə göndərtdi. Məhkəmədən şikayət edən müttəhimlərin tələbi ilə iki il sürən istintaq araşdırmalarınin nəticəsində “ dəlil yetərsizliyindən ” məhkəmə onları sərbəst buraxdı. Ancaq o günahsız insanları həbs etmək üçün “dəlillər” Mavi Kitabdan alınmışdı. Bütün bunlara baxmayaraq, ingilislər yalan və iftiradan, qurama sənədlərdən ibarət olan bu Mavi Kitabı 17 dilə çevirərək, 400 nəşriyyatda milyonlarla nüsxə çap etdi, hətta kitabdan bülletenlər dərc edib 100 milyonlarca dünyaya yaydı, bərbərxanalara, çəkməçilərə belə payladı. H.S.Peterson yazırdı: “ Erməni soyqırımı xəbərləri də Amerikaya İngiltərədən gedirdi. İngilis mediyası amerikan mediyasına dönmüşdü.” Amerika misyonerləri Anadoluda yaşayan erməniləri protestantlaşdırmaq məqsədi güdürdü. İngiltərə də bu gərgin zəmindən sui-istifadə etməklə Amerikanı Türkiyə əleyhinə müharibəyə daxil etmək istəyirdi. Bu anti-Türk təbliğat kampaniyasına milyonlarla funt-sterlinq pulun xərclənməsində məqsəd Osmanlı torpaqlarını qərbin güclü dairələri arasında paylaşmağa hazırlamaqdı. Prof.Dr. Mete Korkut Gülmen doğru olaraq belə qənaətə gəlir ki, bu qurama informasiyalar ya diplomatik-siyasi dövriyyəyə daxil olmalı, siysallaşmalıdır, İngiltərənin qurama erməni soyqırımı etiraf edilməli, bütün dünya Məclislərinə müraciət etməlidir, çünki bu bəsit və qulaqardına vurulası bir söz-söhbət deyildır. Bu qurama erməni soyqırımı yeni faciələrə yol açmaqdadır. Bəlkə də mən deyərdim ki, daha acınacaqlı hadisələrə yön verir, yeni dünya müharibəsi təhlükəsi yaradır. Əslində yeni dünya müharibəsi olsa erməni nə itirəcəkdir ki?! Onlar müharibəni başlayan güclü tərəfə həmişə olduğu kimi yenə də cəsusluq edəcək, kömək edəcək, yenə də qazanacaqdır. Demək, ya 1914 - 1915 və 1920-ci ildə ingilis dövlətinin gizli cəsus təşkilatı tərəfindən quraşdırılmış saxta erməni soyqırımı etiraf edilməli, buna son qoyulmalı, ya da qoca tarixin önündə günahdan arınmaq, təmizlənmək üçün safqanlı Hz. Tarixin heykəli önündə sayqıyla baş əyəcəksən. Bütün hallarda-insani etiraflar cərgəsində, yüksək sivil əxlaqı əsas tutaraq, eybəcər saxtakarlığı ifşa etmək olar. İngilislər bunları təkcə Türklərə yapmamışlar, ingilislər Hindistanı da işğal və zəbt etmək üçün deyirdilər ki, biz sizi işğal etmirik , biz qədimdən burada qalan dədə-baba torpaqlarımıza gəlmişik. Bizim də dədələrimiz vaxtı ilə buralardan köçüb İngiltərəyə, indi isə biz sizi türk işğalından qorumağa gəlmişik, ona görə buraları zəbt etmək bizim doğma haqqımızdır. Dolayısıyla Hind-Avropa mənşəli xalq məsələn, Ari xalq, Hind-Avropa Dil Ailəsi-və s. bu qəbildən olan terminlər , istilahlar, adlar və anlayışlar uydurmaqla onlar öz işğalçılıq siyasətlərinə “humanizm”donu geyindirir, hind xalqını aldadırdılar. “Ari xalq”, “Ari dili”, “Ari mədəniyyəti” anlayışları və istilahları altında ingilislər özlərini hindlilərlə güya qohum olduqlarını elmi cəhətdən “sübut” edirdi və hind-avropa dil ailəsi işğalçılıq siyasətini gizlətmək üçün uydurulmuş idealogiya idi. Hind-Avropa dil birliyinin heç bir elmi əsası yoxdur. Xalqlar zaman-zaman ora-bura köçmüş və o səbəbdən dillər biri-birinə qarışmışdır. Buna bir yaxınlıq və qohumluq donu geyindirmək siyasi hiyləgərlikdən başqa bir şey deyil. İngilislər isə bi işin ustasıdır. Bu yolla-qohum xalq imici uydurmaqla ingilislər Hindistanı öz əsarətinə çevirməyə haqq qazandırırdı. Halbuki, bunlar hamısı uydurmadı, bunların heç bir elmi - tarixi əsası yoxdur. Bu İngiltərənin işğalçılıq siyasətini ört-basdır etmək üçün hazırlanmış müstəmləkə ideologiyasıdır. Çünkü heç bir “ari-filan millət” deyilən millət yoxdur. Ariyanlar əslində tarix çoxdan sübut etmişdir ki, Hindistana kənardan gəlmiş və Dravid mədəniyyətini darmadağın etmişlər- sonra güya arilər özləri burada öz mədəniyyətini yaratmışdır-bu kimi fikirlərin elmi əsası yoxdur. Əsl tarix bunları qətiyyətlə təkzib edir. Əsl həqiqətdə Ari sözü xalq, tayfa, qəbilə adı deyil, yer adı deyil- etnonim və toponim deyil...
Ari sözü sanskrit və Krişnaizm mədəniyyətində mənəvi Təlimin adıdır, daha çox Ruhani əxlaqın adıdır. Ona görə də “Ari millət ” ifadəsi avropalılara saxta insani üstünlük vermək, dünya ağalığı iddiasına haqq qazandıra biləcək bir ideoloji təminat kimi düşünülmüşdür. İngilislər “erməni soyqırımı” adlı ideoloji siyasəti Osmanlını çökdürmək üçün, Osmanlı torpaqlarını sömürgəyə çevirmək üçün tətbiq etmişdilər.
Əli KƏrimbəyli /AMEA/
Bu xəbər oxucular tərəfindən 1071 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |