Şrift:
Qərbi Azərbaycan - indiki Hayastanda Türk soyqırımı... VI HİSSƏ
06.12.2011 [14:13] - Qərbi Azərbaycan-İrəvan
Oğuz yurdunda quraşdırılmış for-post keçid zona - “ölkə” - Ermənistan


Bu uzun məqalə Azərbaycan və Türk Dünyası xalqlarının tarixilik şüuruna, milli yaddaşına zaman-zaman etnogenetik və etnotipik qan vurmaq üçün yazılmışdır. Yəqin tarixdə tarixini unudan, assimiləyə rahatlıqla məruz qalan, ən unutqan xalq türksoylu xalqlardır. O cümlədən biz Azərbaycanlılar...


Qərbi Azərbaycanın iri kənd və şəhərləri sürətlə islamlaşdı, ancaq uzaq dağlarda yaşayan bir çox xristian-alban türkləri islamı qəbul etmək istəmədi, özlərinin ucqarda yerləşən Alban kilsələrinə ibadətə getməyə davam etdilər(şimali Azərbaycanda - Dərbənd, Qax, Şəki, Zaqatala, Balakən və s.). Əslində ucqarlarda yaşayan Alban türkləri, Ər Sak, Pomak, türk tayfaları və bir neçə qeyri-türk kəndi -Udinləri... islama gətirmək üçün ərəblərin vaxtı və imkanları yox idi, digər cəhətdən haylar ərəbləri aldatmışdılar ki, hara gedəcəklər, axırda dözməyib islama özləri gələcəklər. Gizli kanallarla haylar o ucqar dağ kəndlərə xəbər göndərirdilər ki, möhkəm durun, İslamı qəbul etməyin, biz sizin icazənizi ərəblərdən almışıq. Amma Alban kilsələri öz muxtariyyətini itirdilər. Buna baxmayaraq Türkcə danışan xalqlar olduğuna görə ermənilər onlardan uzun müddət qorxurdu. Çünkü prinsipial məsələlərdə dini ayrılıq keçirdi 2-ci plana. Xristian-İslam mənafeyindən çox, milli-etnik varlıq, mövcudluq məsələsi zərurətə çevrilirdi, üstünlük qazanırdı. Din ayrılığı olsa da dil və etnoqrafik birlik və ümumilik bu tayfaları hər zaman bir araya gətirirdi. Amma zaman keçdi, İslam bayrağı Türk qılıncına bağlandı, İslam dini sürətlə inkişaf edib dünya dini vəziyyətinə çatdı. Kiçik kəndlərdə mövcud olan Alban kilsələri tamamilə unuduldu. Bu kilsələrdə yazılan, yaradılan səlnamələr, şəcərələr, tarixi təsvirlər, ədəbi-bədii nümunələr daha çox güya xristian məzmunlu olduqlarına görə tamamilə nəzarətsiz və diqqətsiz qaldı. Bu durumu və münasibəti “uzaqdan” izləyən haylar, yavaş-yavaş bu ədəbiyyatı ələ keçirməyə başladılar. Çünki, bunu etmək üçün münbit şərait var idi, müsəlman Türklər öz keçmiş xristian dövrü tarixlərindən, ədəbiyyatlarından imtina etdikcə, yiyəsiz qalmış kitab-dəftəri haylar xristian ədəbiyyatı adı ilə öz kilsələrinə daşıyırdılar. Əslində haylar yatmış, özünə güvənən, özünə arxayın, artıq uzun müddətli oturaq həyatla ətalətli Türkün tarixini assimilə edirdi. Bunlar bəylərin, xanların, sultanların, sarayda yaşayan yazıçıların, alım və şairlərin vecinə deyildi. Artıq onlar fanat müsəlman olmuşdular. Xristian ədəbiyyatını kafir ədəbiyyatı elan etmişdilər. Sonra tarix özünə istehza etdi - Türklər də, Ərəblər kimi zəiflədi və... qurduqları azim dövlətlər dağılıb getdi. İndi tarixin səhnəsinə, məhz Türkün zəifləməsi nəticəsində, Toxtamışın xəyanəti, Əmir Teymurun sərt qisası nəticəsində, Osmanlı sarayında yunan, fransız mənşəli xanımların sultan zövcəsi səlahiyyətinə sahib olması nəticəsində... tarixin səhnəsinə Ruslar-Özbək-xanın, Mamay-xanın, Batı-xanın, Toxtamış-xanın və sair xanların verdiyi yarlıklarla zadəgan olmuş Ruslar çıxdılar. Rusların güclənməkdə olduqlarını görən haylar başladılar ruslara yalanıb yaltaqlanmağa. Ermənilər rusun iştahını XVIII əsrin əvvəllərində Qafqaza qabarda bildi. Ruslar Qafqaza meyillənməyə başladılar. Artıq söylədiyim kimi erməniləri Qafqaza doldurmağa başladılar və təbii ki, ermənilər burada fəallaşdı. Nəhayət, uzun illərdən sonra o zaman İslamı qəbul etməyən xristian Türkləri ermənilər kilsə vasitəsilə assimilə etdi, onları bütünlüklə erməniləşdirdilər (Bayandırların bir hissəsi, Ar-Sakların bir hissəsi və s.). M.ö. 150-ci illərdən başlamış, Xorasan - Məşhəd yörələrindən, Xəzərin cənub-qərbinə , oradan Araz çayı boyunca indiki Qarbağa gələn Arsak (Qor-Tsak/ Xor/Xar-Sak/ Har-Sak/ Ar-Sak/ Arsak) Türk tayfasının da kiçik bir hissəsi burada Alban kilsələrində xristianlığı qəbul etdiklərinə görə İslamı qəbul etmədilər. Arsak Türklərinin Xorasanla geniş əlaqələri var idi. Bu əlaqələr M.S. 430-cu ilə qədər mövcud idi, sonra isə həm dini mülahizələrlə, həm də müharibələr səbəbindən bu əlaqələr kəsildi. (Ismayil Kayabalı, Çemender Arslanoğlu “ Osmanlıların fethinden önce...”) İndi “Qarabağ bizim doğma vətənimizdir” deyən ermənilər bilavasitə keçmişdə assimiləyə uğrayan Bayındır, Kuman-Kıpçak, Kiçik Arsak, Boğratlı boylarından qalan erməni assimiləsinə uğrayan erməniləşmiş türkəsilli xristianlardır... Onlar özləri də yaxşı bilir ki erməniyə ( tüklü, qara, əyri qıç, bəstə boy, ixtyarlaşdıqca eybəcər, xiyar burun və s.- Adam Metz ) bənzəmirlər. (Ağılları varsa, gec deyil, İslamı qəbul edib Türklüyə öz əcdad köklərinə dönsünlər-buyursunlar.) Onların zahiri belə erməniyə bənzəmir. Bu kimi səbəblərdən bu gün Qarabağda yaşayan türkəsilli “ermənilər”lə məs. Yerevan erməniləri arasında ciddi etnik və yerliçilik zəminində münaqişə, qarşıdurma vardır. Çünki Qarabağ erməniləri saf türk qanlı erməniləşmiş qarabağlı türk “erməniləridir”- onlar hay-hayes deyildir,( məsələn Oğuz rayonunda yaşayan xristian Udinləri də assimilə etməyə xeyli təşəbbüs göstərmişdilər - amma alınmadı, son hadisələr mane oldu. Əgər Qarabağ olayı 50 il geciksəydi ermənilər bizim qədim qardaşımız olan aborigen Udinləri də tamamilə assimilə edəcəkdilər. Udinlər qədim Alban-qıpçaq boyu olsalarda assimiləyə məruz qalıb, etnik kimliyini itirəcəkdilər.) İrəvan erməniləri isə saf hayes (qaraçı) qanlı Haylar- ermənilərdir. Maraqlıdır ki, Bakıda yaşayan bir qrup erməni ailələr var idi , onlar erməniyə ərə getməyə bir həqarət kimi baxırdılar. O ailələr öz qızlarını məmuniyyətlə Azərbaycanlı oğlanlara ərə verib evləndirirdilər. Yəqin onun nəticəsidir ki, bu gün Bakıda Azərbaycan Türkünün qadını olaraq, 30.000- ə yaxın erməni yaşayır. Görünür bu ermənilər Hayes deyillər, bunların etnik tarixi keçmişi türk boylarından gəlməkdədir. Qan çəkir yəqin...

Əli KƏrimbəyli /AMEA/
Bu xəbər oxucular tərəfindən 2017 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed