06.03.2014 [12:06] - Gündəm, Gənclik
Hazırda unudulmaqda olan oyun tamaşaları yenidən cəmiyyətə təqdim olunacaq
Gənclər Fondunun dəstəyi ilə “Xalq sənətini unutmayaq!” adlı layihənin icrasına start verilib. Layihənin məqsədi mədəni dəyərlərin qorunması istiqamətində aparılan məqsədyönlü işlərə dəstək verməkdir. Layihə Azərbaycan xalqının uzun illər ərzində yaratdığı, əsas məqsədi ailənin qorunmasına xidmət etmək olan və hazırda unudulmaq təhlükəsi ilə üz-üzə qalan xalq oyun tamaşalarının yenidən cəmiyyətə çatdırılmasına həsr edilib.
Layihədə uzun illər öncə əsasən Kəlbəcər rayonunda və bütün Qarabağda el şənliklərində, tədbirlərdə oynanılan “Maraloyunu” və “Kilimarası” oyun tamaşaları yenidən ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. Bildiyiniz kimi, erməni qəsbkarlarının işğalından sonra Azərbaycan xalqına məxsus olan bu mədəni dəyərlər hazırda unudulmaqdadır. Bu xalq oyunlarında ailəyə sadiqlik, ailə təməllərinə sədaqət, ailə daxilində qarşılıqlı hörmət və ehtiram təbliğ edilir.
Bunu əsas götürürək, “Xalq sənətini unutmayaq!” layihəsi çərçivəsindəsində gənclər bu xalq oyun tamaşalarını yenidən lentə aldırmaq, sosial şəbəkə və videoportallarda paylaşmaq, onların haqqında çoxsaylı məlumatverici bukletlər və broşurlar hazırlamaq, kitabxanalarda, universitetlərdə və ictimai yerlərdə vətəndaşlara paylamaq, xalqımızın unudulmaqda olan bu mədəni dəyərləri ilə bağlı öz həmyaşıdları ilə birgə tədbir təşkil etmək niyyətindədirlər.
Biz də inanırıq ki, layihə unudulmaqda olan bu xalq sənəti nümunələrimizin təbliği ilə yanaşı, ailə dəyərlərimizin təbliğinə də öz tövhəsini verəcəkdir.

Bu xəbər oxucular tərəfindən 1443 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |