Şrift:
Güney Azərbaycan nümayəndəsinin iştirakilə YUNESKO-nun baş qərargahında, İranda yaşayan qeyri-fars millətlər adda seminar keçirilib
11.03.2014 [11:45] - Güney Azərbaycan xəbərləri, Diaspor
Birləşmiş millətlər təşkilatının təhsil, elm və mədəniyyət orqanı YUNESKO, 21 fevral Ana dili günü münasibətilə dövlətsiz millətlər təşkilatı (UNPO) və qeyri-fars təşkilatlarının iştirakilə bu seminar keçirilib. Güney Azərbaycandan Ayda xanım Kərimli UNPO-nun dəvətilə YUNESKO-nun məsullarilə görüş keçirmək üçün Güney Azərbaycan iki önəmli siyasi təşkilatlarının birliyi (GADP-AZOH) nümayəndəsi olaraq bu seminarda iştirak edərək öz görüş və düşüncələrini bəyan edib. Həmçinin Nasir Bəlidei və Amir Səid Bəluç və Ərəb nümayəndələri olaraq , YUNESKO təşkilatından xanım İrmgarad Buddeberg və xanım Serena Hekler və UNPO təşkilatından xanım Maud Van Valleghem bu yığıncaqda iştirak edərək ilk çıxışçi olaraq öz təşkilatlarının fəaliyyətlərinə işarə edib və sonra qeyri-fars millətlərin nümayəndələrindən vəziyyətləri haqda öz nəzər və fikirlərini paylaşmaları istənilib.

Seminarın sonunda qeyri-fars millətlərin nümayəndələrinin tərəfindən hazırlanmış bildiri, YUNESKO və UNPO nümayəndələrinə təqdim olunub və onlar öz imkanlarından istifadə edərək öz müqəddəratını təyin etmək üçün mubarizə aparan xalqlara yardımcı olacaqlarını bildirib və bu bildirini YUNESKO-nun rəisi və İrandakı YUNESKO-nun ofisinə İran məsullarına çatdırmaq üçün göndərəcəklərini xatırladıblar.

Sonda bu tür yığıncaqların dəvamı olaraq yaxın gələcəkdə YUNESKO, UNPO və Avropa Parlamentinin bir neçə üzvü ilə birlikdə Avropa Parlamentinin baş qərargahında qeyri-fars millətlər haqda iki günlük konfrans keçiriləcəyini bildiriblər.
Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed