06.12.2011 [14:58] - Xəbərlər
Dekabrın 5-də axşam Vilnüsdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan açıqlama verib. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə ediblər. ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün başlayacaq iclasında Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatın qəbulunun mümkünlüyü də müzakirə olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev APA-ya açıqlamasında XİN başçılarının görüşünün keçirildiyini təsdiqləyib. Həmsədrlərin iştirakı ilə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub.

Bu xəbər oxucular tərəfindən 1111 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |