Şrift:
Ərzurumda Azərbaycanın dövlət müstəqilliyinin
06.12.2011 [15:19] - Türk dünyası-Turan
20-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirildi


Ərzurum Atatürk Universitetində Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin, Avrasiya Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Təşkilatının, Ərzurum Əziziyyə Bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ilə bağlı “Müstəqilliyin 20-ci ilində Azərbaycan-Türkiyə münasibətləri” adlı beynəlxalq konfrans keçirilmişdir. “Bir ürəkdə iki can: Türkiyə - Azərbaycan” şüarı ilə toplanan konfransda Azərbaycan və Türkiyənin millət vəkilləri, tanınmış siyasətçilər, elm adamları, siyasi analitiklər, tələbələr, media mənsubları və digər təbəqələrin insanları iştirak edirdi.
Təbdir hər iki ölkənin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Türkiyə-Azərbaycanın dövlət himnlərinin ifası ilə başladı.
Tədbiri giriş sözü ilə Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin başqanı, “Ekoavrasiya” dərgisinin baş redaktoru Hikmet Eren açaraq, Azərbaycanın iyirmi ildə əldə etdiyi uğurlardan danışdı. Natiq xüsusilə, son iyirmi ildə Türkiyə-Azərbaycan arasında imzalanan önəmli sazişləri qeyd edərək, bu gün iki dövlət arasında siyasi-iqtisadi və strateji əlaqələrin yüksələn xətlə inkişafını vurğuladı.
Avrasiya Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Təşkilatının sədr müavini Kutluhan Yazıcıoğlu belə tədbiri keçirməkdən məmnun olduqlarını bildirirək, bu gün Azərbaycanın bölgədə söz sahibinə çevrilən bir dövlət halına gəldiyini bildirdi.
Əziziyyə Bələdiyyə başqanı Fateh Cengez əsrin əvvəllərində Ərzurumun müdafiəsində Azərbaycan türklərinin böyük rolunu vurğulayaraq, Azərbaycanın iyirmi faiz torpaqlarının erməni işğal altında olduğunu və bu torpaqların gec-tez erməni işğalından azad olunacağını söylədi.
AKP-nin Adana millət vəkili dr. Necdet Ünüvar Türkiyənin istiqlal savaşında Azərbaycanın maddi və mənəvi yardımda etdiyini xatırlatdı. Necdet Ünüvar Van zəlzələsində Türkiyənin yardımına qaçan ilk ölkənin dost və qardaş Azərbaycan olduğunu diqqətə çəkərək, 3 təyyarə dolu heyəti ilə yardım edən Azərbaycana təşəkkürlərimi bildirirəm”deyə, bildirdi.
Ərzurum Texnik Universitetinin rektoru Prof.Dr. Muammer Yaylalı iki ölkə arasında qardaşlığa diqqət çəkdi. Yaylalı Ərzurumda Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunmamasının qürurunu yaşadıqlarını ifadə edərək,”Elə bir qardaşlığımız, elə bir bağımız var ki, dünya döndükcə davam edəcək. Azərbaycan gözümüz, bəbəyimizdir”. dedi.
Qara Dəniz Ölkələri Parlament Assambleyasının sədri, millət vəkili İsmayil Safi Azərbaycanın beynəlxalq arenada söz sahibinə çevrildiyini diqqətə çatdırıraq, Türkiyə-Azərbaycanın beynəlxalq arenada bir-birlərinə dəstək verdiklərini söylədi.
AKP millət vəkili Feraməz Üstün Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünün qeyd edilməsindən çox xoşbəxt olduğunu söyləyərək, hələ 1990-ci il 20 yanvar hadisələri zamanı univesitetdə tələbə olarkən rus əsgərlərinin törətdiyi faciə qarşısında etiraz aksiyaları keçirdiklərini bildirdi.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanov çıxışında iki qardaş ölkə arasında münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyevin böyük rolunu qeyd edərək, bundan sonra da bu əlaqələrin daha da inkişaf edəcəyini söylədi.
Ərzurum millət vəkili Muhyəttin Axsaq isə Ərzurumun Türkiyə-Azərbaycan münasibətlərindəki yeri və rolu barədə fikirlərini bölüşdü.
Azərbaycan Milli Məclisinin depuatı Qənirə Paşayevanın Yuxarı Qarabağın erməni işğalı altında qalmasını heç bir zaman qəbul etməyəcəklərini qeyd edərək, “Ermənistan o torpaqları işğal etsə də heç bir zaman Azərbaycan torpaqlarının bir parçası olmayacaq”sözləri salonda alqışlarla qarşılandı.
Azərbaycan Milli Məclisinin Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri, professor Nizami Cəfərov da Türkiyə və Azərbaycan arasında sosial-iqtisadi, mədəni və siyasi əlaqələrin güclənərək davam etdiyini söylədi.
Türkiyə-Qazaxıstan Parlament Dostluq Qrupunun rəhbəri, millət vəkili Haluk İpək isə Qarabağ işğalı aradan qalxmayınca, Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağını qeyd edərək, Azərbaycanın dost və qardaş ölkə olduğunu bildirdi.
Sonda hər iki ölkənin mədəni-ictimai əlaqələrinin inkişafında xidmətlərinə görə, Türkiyə millət vəkilləri, ziyalıları Dünya Gənc Türk Yazarlar Birliyinin təsis etdiyi “Bəxtiyar Vahabzadə” Ödülünə; Azərbaycanlı millət vəkilləri Qənirə Paşayeva və Nizami Cəfərov isə Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin Türk dünyasına Xidmət ödülünə layiq görüldülər.
Sonra konfrans öz işini bölmələr üzrə davam etdirdi. Bölmələrdə Azərbaycan və Türkiyədən olan elm adamları, QHT rəhbərləri məruzələrlə şıxış etdilər.
Dünya Gənc Türk Yazarlar Birliyi və Əziziyyə Bələdiyyəsi tərəfindən düzənlənən tədbirdə Azərbaycan şairləri və ozanları: Əkbər Qoşalı, İbrahim İlyaslı, Vasif Süleyman, Elbariz Məmmədli, Səhər Əhməd, Rıdvan Canım, İsmayıl Bingöl, Yaşar Gənc, aşıqlar Ziyad Cəfərli və Səyyad Aydınoğlu şeir və türkülərini səsləndirdilər.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1558 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed