12.03.2014 [09:52] - Gündəm, Türk dünyası-Turan
Martın 10-da İstanbulun Ağır Cinayətlər məhkəməsi “Ergenekon” istintaqı üzrə həbs edilən 7 nəfəri azad edib.
Günorta saatlarında qəzetçi Tuncay Özkan, ehtiyatda olan polkovnik Levent Göktaş və Sedat Peker həbsdən azad edilib. Qeyd edək ki, Tuncay Özkan 5, Sedat Peker 10, Levent Göktaş 23 il 7 ay azadlıqdan məhrumetmə cəzası almışdı.
İstanbul 2-ci Ağır Cəza Məhkəməsi Özkan və Göktaş haqqında həbs-qətimkan tədbirini dəyişdirilsə də, onların ölkədən çıxmasına yasaq qoyub. Bu qərar Pekərə şamil edilməyib. Xəbəri ilk olaraq Tuncay Özkanın qızı Nazlıcan Öz Twitter hesabından paylaşıb: “Qovuşuruq... 1994 gündən sonra...”.
Onu da vurğulayaq ki, azadlığa qovuşan qəzetçi Tuncay Özkan “Yeni Müsavat” qəzetinin dostlarındandır. Onun bir zamanlar sahibi olduğu “Kanal Türk” televiziyası Azərbaycana, “Yeni Müsavat”ın problemlərinə hər zaman yer ayırardı. Polkovnik Levent Göktaş isə bir neçə il Türkiyə Silahlı qüvvələrinin Azərbaycan ordusunda təmsilçisi olub.
Vətənə xidmətlərinə görə Türkiyənin 3 qızıl ulduz alan yeganə hərbçisidir. PKK-ya qarşı savaşda xüsusi ilə fərqlənib. Bu örgütün lideri A. Öcalanı Keniyadan çıxararaq, Türkiyəyə gətirən qrupa rəhbərlik etməsi barədə iddialar var. Azərbaycanda olarkən "Yeni Müsavat" qəzetinin baş redaktoru ilə bir neçə dəfə görüşüb. Sonradan Rauf Arifoğlu bu görüşlər barədə silsilə yazılar yazaraq, yayınlayıb.
Sedat Peker barədə isə Türkiyə mediası ünlü mafiya babası kimi bəhs edir.
Bir neçə saat sonra isə İstanbul 8-ci Ağır Cəza Məhkəməsi daha 4 “Ergenekon” şübhəlisinin həbsdən azad edilməsi haqqında qərar çıxarıb. Tuncay Özkan, Levent Göktaş və Sedat Pekerin ardından vəkil Kemal Kerinçsiz, polkovnik Dursun Çiçek, solçu politoloq Yalçın Küçük, keçmiş özəl hərəkatçılar İbrahim Şahin və Alparslan Arslan haqqında həbs-qəti imkan tədbiri ləğv olunub.
Dursun Çiçək haqqında Balyoz istintaqı üzrə də həbs-qətimkan tədbiri qüvvədə olduğu üçün o, hələlik cəza evində qalacaq.
Martın 11-də də İstanbul 2-ci cəza məhkəməsi “Ergenekon” istintaqında həbs edilən şəxslərin işinə baxacaq. Hüryiyet.com.tr yazır ki, böyük ehtimalla Tuncer Kılınç, Mehmet Eröz, Serdar Öztürk, Aykut Metin Şükre azadlığa çıxacaq.
Qeyd edək ki, Türkiyədə “Ergenekon” gizli təşkilatına, başqa bir deyimlə, “Dərin dövlət”in mənsub olması iddiası ilə çoxsaylı generallar, polkovniklər, ziyalılar, vəkillər, politoloqlar, jurnalistlər (61 nəfər) həbs edilərək, ağır cəzaya çarpdırılıblar. Proses 12 iyun 2007-ci ildə başlayıb.
Türkiyəli təhlilçilər hesab edir ki, ağır cəza alan “Ergenekon” məhbuslarının qəfildən azadlığa buraxılmasının əsas səbəbi Türkiyə iqtidarında baş verən daxili çəkişmələrdir. Belə ki, AKP adlı iqtidarın əsas ortaqlarından biri – Fətullah Gülən tərəfdarları hazırda bütün potensialları ilə T. Ərdoğana qarşı savaş aparırlar. T. Ərdoğan əlindəki imkandan istifadə edərək Türkiyədə geniş elektoratı olan “Ergenekon”çuları buraxmaqla belə bir rəy formalaşdırır ki, onları “fətullahçı” prokurorlar və məhkəmələr həbsdə saxlayıbmış... Digər tərəfdən, cəmiyyəti özünün və ailəsinin adı keçən rüşvət skandalından yayındırmaq, seçkiqabağı mövzunu dəyişmək təşəbbüsü göstərilir.
“Ergenekon” adlı təşkilatın rəhbəri olmaqda və müxtəlif cinayətlərdə suçlanaraq cəza evində illərlə saxlananlardan biri də Azərbaycan əsilli general Vəli Küçükdür. Türkiyədə son qanun dəyişikliklərindən yararlanaraq, məhkəməyə azadlığa buraxılması üçün ərizə verən general Vəli Küçükə digər məhkumlardan fərqli olaraq yox cavabı verilib. Onunla bərabər analoji (oxşar) ərizə verənlərdən Doğu Perincek isə azadlığa buraxılıb.
Qeyd edək ki, Doğu Perincək Türkiyə siyasi arenasında (ərsə) tanınmış və idealist fiqur kimi tanınır. Azadlıqda olduğu vaxt Avropa İnsan Haqları Məhkəməsi İsveçrədə uydurma “erməni soyqırımı”nı inkar etdiyi üçün bu ölkə məhkəməsi tərəfindən cəzalandırılan Türkiyə İşçi Partiyasının (İP) sədri Doğu Perinçəkin İsveçrə əleyhinə şikayətini haqlı sayıb. Doğu Perinçək 2007-ci ildə İsveçrədə toplantılarda “erməni soyqırımı”nın baş vermədiyini və ermənilərin bu yalandan Türkiyə əleyhinə istifadə etdiyini söylədikdən sonra İsveçrədəki ermənilərin şikayəti əsasında bu ölkədə məsuliyyətə cəlb olunub və cərimələnib.
Əvvəlcə İsveçrə hüquq sistemi daxilində bu qərara etiraz edən Perinçək son apellyasiya instansiyasının qərarından sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək İsveçrənin Avropa İnsan Haqları Konvensiyasının fikir azadlığı ilə bağlı 10-cu və qanuni əsas olmadan ittiham irəli sürülməyəcəyinə dair 7-ci maddəsini pozduğunu bildirib. Məhkəmə şikayəti qəbul edərək İsveçrədən müdafiə tələb edib, eyni zamanda Türkiyə hökumətinin də bu məsələyə münasibətini soruşub. Yekunda Perinçəkin şikayəti əsaslı sayılıb.
Gözlənilir ki, davam edən saatlarda və irəliləyən günlərdə digər “Ergenekon” məhbusları da azadlığa buraxılacaqlar.

Bu xəbər oxucular tərəfindən 1509 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |