Şrift:
Azərbaycan idmançısı dünyada ikincidir
12.03.2014 [12:31] - İdman
Saman Təhmasibi reytinq siyahısının 2-ci pilləsindədir

Beynəlxalq Güləş Federasiyası yunan-Roma stili ilə güləşən güləşçilərin reytinq siyahısını açıqlayıb.

Azərbaycan idmançılarından 5 nəfəri ilk onluqda yer alıb. Güləşçilərimizdən ən yaxşı nəticəni 85 kq çəki dərəcəsində döyüşən Saman Təhmasibi göstərib. O, reytinq siyahısının 2-ci pilləsindədir.

Bundan başqa Rəsul Çunayev (71 kq), 4-cü yer, Həsən Əliyev (66 kq) 6-cı yer, Rüstəm Əliyev (71 kq) 8-ci yer Rafiq HGüseynov (75 kq) 9-cu yer tutub.
Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed