Şrift:
DAK-ın fəxri sədri prof.Q.S.Təbrizi general Vəli Kiçik Paşanın azadlığa buraxılması münasibətilə təbrik edir
13.03.2014 [09:46] - Diaspor
Türkiyə Ağır Cəza Məhkəməsinin qərarı ilə “Ergenekon” iddiası ilə həbs edilmiş təqaüddə olan general, Türkiyə Jandarmasının keçmiş komandiri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) keçmiş həmsədri Vəli Kiçik Paşa həbsdən azad edilib.

GAMAC başkanı, DAK-ın fəxri sədri prof. Qulamrza Səbri Təbrizi DAK-ın keçmiş həmsədri olan general Vəli Kiçik Paşanın azadlığa buraxılması münasibətilə təbrik edir,ona gələcək işlərində ugurlar arzulayır.

Qeyd edək ki, əslən Azərbaycanın Ordubad bölgəsindən olan general-mayor Vəli Kiçik Paşa 2008-ci ildə tutulub. Erməni əsilli Türkiyə jürnalisti Hrant Dinkin öldürülməsindən sonra onun vəkilləri Vəli Kiçikin Hrant Dinkə zəng edərək onu hədələdiyini iddia etmişdi. Daha sonra bir tədbirdə qətlin iştirakçılarından olan Yasin Hayalla Vəli Kiçiyin yanaşı addımladığı şəkil ortaya çıxdı. Ən sonra prokurorluq general-mayor Vəli Kiçiki saxta “Ergenekon” iddiası ilə həbs etdi.
Bu xəbər oxucular tərəfindən 1039 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed