Şrift:
ABŞ İranı əməkdaşlığa çağırıb
13.03.2014 [10:06] - Güney Azərbaycan xəbərləri, Siyasət
ABŞ dövlət katibi İranı 2007-ci ildə bu ölkədə yoxa çıxmış vətəndaşının tapılması üçün əməkdaşlıq etməyə çağırıb.

İran mətbuatının məlumatına görə, Con Kerri bununla bağlı yaydığı bəyanatında bildirib ki, Robert Levinsonun itkin düşməsindən 7 il keçir: “Bu baxımdan ABŞ hörmətlə İrandan onun tapılması üçün səy göstərməsini və R.Levinsonu tapmaq üçün ABŞ-a yardım göstərməsini istəyir”.

Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı olan R.Levinson 2006-cı ilin fevralında İranın Kiş adasında yoxa çıxıb və rəsmi Tehran onun durumundan məlumatsız olduğunu açıqlayıb. Məlumatlarda R.Levinsonun İran rəsmilərindən yığdığı məlumatları MKİ-yə ötürmək üçün casusluq etdiyi bildirilir. Hətta MKİ-nin onun ailəsinə iddia qaldırmaması üçün 5,2 milyon dollar ödədiyi qeyd edilir. Eyni zamanda MKİ-nin üç vəzifəli işçisinin bununla bağlı apardığı araşdırmalarında müvəffəqiyyətsiz olduqları üçün işdən çıxarıldıqları, 7 nəfərə də töhmət verildiyi vurğulanır. R.Levinsonun itkin düşməsindən bəri bir neçə fotoşəkil və bir videogörüntü yayılıb. ABŞ kəşfiyyat orqanları bu görüntülərə əsaslanaraq onun Əfqanıstan və ya Pakistanda ola biləcəyini açıqlayıblar.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed