13.03.2014 [12:32] - Mədəniyyət
Martın 14-də Nizami Kino Mərkəzində rejissor Yavər Rzayevin "Azanfilm" studiyasında çəkdiyi "Gözümün işığı və ya qəribə heykəltəraş ömrü" sənədli filminin təqdimatı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, görkəmli heykəltəraş, əməkdar incəsənət xadimi Həyat Abdullayevanın anadan olmasının 100 illiyi ilə əlaqədar çəkilmiş sənədli filmdə onun zəngin yaradıcılığı və ömür yolu haqqında bəhs olunur, həyatın bütün çətinliklərindən keçmiş bir qadın və sənətkar obrazı canlanır.
Nazirlikdən bildiriblər ki, filmin təqdimatından əvvəl Nizami Kino Mərkəzinin foyesində Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən Həyat Abdullayevanın işlərindən ibarət sərgi təşkil olunacaq.

Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |