Şrift:
Azərbaycan Gürcüstan iqtisadiyyatına kapital qoyuluşunu artırıb
13.03.2014 [12:42] - Gündəm, İqtisadiyyat, Borçalı
Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 95 mln. ABŞ dolları həcmində sərmayə yatırıb.

Gürcüstan Milli Statistika Departamentinin saytının verdiyi məlumata görə, bu barədə qurumun dərc etdiyi ilkin hesabatda deyilir.


Məlumata əsasən, 2013-cü ildə xarici ölkələr Gürcüstan iqtisadiyyatına ümumilikdə 914 mln. dollar vəsait yatırıb və bu göstərici 2012-ci illə müqayisədə təxminən eyni səviyyədə qalıb.


Hesabata əsasən, Gürcüstana daha çox Niderland (180 mln. dollar), Lüksemburq (145 mln. dollar), Çin (98 mln. dollar) sərmayə yatırıb. Azərbaycan isə bu sırada 4-cü yeri tutur. Azərbaycan kapitalı ötən il Gürcüstana yatırılan xarici sərmayənin strukturunda 10% paya malikdir.


Gürcüstana yatırılan sərmayələr əsasən energetika, maliyyə, nəqliyyat sektoruna aid olub.

Hesabatda həmçinin qeyd olunur ki, 2013-cü ilin son rübündə Azərbaycan Gürcüstana 72 mln. dollar sərmayə yatırıb və bu göstəriciyə görə ölkəmiz lider olub.


Qeyd edək ki, 2012-ci ildə Azərbaycan Gürcüstana 59 mln. dollar ayırıb.
Bu xəbər oxucular tərəfindən 1278 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed