Şrift:
AMEA Mərkəzi Elmi Kitabxanası və Türk Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
13.03.2014 [13:04] - Gündəm, Türk dünyası-Turan
Prezident İlham Əliyevin 2012-ci il avqustun 23-də, Bişkek şəhərində imzalanmış “Türk Akademiyasının təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə verdiyi fərmana uyğun olaraq AMEA Mərkəzi Elmi Kitabxanası Qazaxıstanın Astana şəhərində fəaliyyət göstərən Türk Akademiyası ilə beynəlxalq kitab mübadiləsi sahəsində əməkdaşlıq müqaviləsi bağlayıb.



Kitabxanadan verilən məlumata görə, müqavilə Türk Akademiyasının başkanı professor Darhan Kıdırali və Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli tərəfindən imzalanıb. Dünyanın 72 ölkəsində 585 partnyoru olan Mərkəzi Elmi Kitabxana beynəlxalq əlaqələrinin inkişafını davam etdirir. Hazırda Türk Akademiyası ilə Mərkəzi Elmi Kitabxana arasında ədəbiyyat mübadiləsi istiqamətində işlər tamamlanıb. Qeyd edək ki, göndərilməsi nəzərdə tutulan ədəbiyyat əsasən Azərbaycanın tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti və digər sahələri əhatə edir.



Xatırladaq ki, 2012-ci ilin may ayında Türk Akademiyası Mərkəzi Elmi Kitabxanaya 24 adda 100-ə yaxın kitab hədiyyə edib. Kitabxanada həmin ədəbiyyatların Azərbaycan və Qazaxıstan alimlərinin iştirakı ilə böyük təqdimatı keçirilib.
Bu xəbər oxucular tərəfindən 932 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed