Şrift:
Əli Əkbər Vilayəti təhqir etdi: Pan Gi Mun Amerikanın əlaltısıdır
13.03.2014 [13:44] - Güney Azərbaycan xəbərləri, Siyasət
İran İslam Respublikası dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti martın 12-də Tehranda keçirilən bir tədbirdə BMT-nin baş katibi Pan Gi Munun bəyanatına münasibət bildirib.

Martın 11-də Pan Gi Mun BMT-nin İsan Hüquqları Şurasına hesabat verərkən İran prezidenti Həsən Ruhanini vətəndaşlara verdiyi vədləri yerinə yetirmədiyinə görə tənqid edib. O, həmçinin İranda edamların davam etdirilməsinə, söz və ifadə azadlığının məhdudlaşdırılmasına toxunaraq siyasi məhbusların, məhbus müstəqil vəkillərin və 3 ildən çoxdur ev dustaqlığında saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi ilə Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb edib.

Əli Əkbər Vilayəti deyib ki, Pan Gi Mun indiyədək islam dünyasındakı problemləri, böhranları aradan qaldırmaq istiqamətində heç bir səmərəli iş görə bilməyib: “Mənim bildiyimə görə, Pan Gi Mun BMT yaranandan bəri bu qurumun ən zəif, ən gücsüz baş katibi sayılır. Onun heç bir özünəməxsus cəhəti yoxdur. O, Amerikanın əlaltısıdır. Pan Gi Mun tamamilə amerikalıların ixtiyarındadır. Amerikalılar BMT tribunasından nəsə demək istəyəndə Pan Gi Mundan istifadə edir, istədiklərini onun dilindən eşitdirirlər.

Pan Gi Mun bu günə qədər müstəqil şəxsiyyət olduğunu nümayiş etdirə bilməyib. Belə görünür ki, onun son bəyanatının arxasında da siyasi qərəzdən başqa heç nə yoxdur”.

Əli Əkbər Vilayəti 1981-97-ci illərdə İranın xarici işlər naziri olub.
Bu xəbər oxucular tərəfindən 803 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed