14.03.2014 [09:39] - Gündəm, Siyasət
“Ermənistan və Azərbaycan heç vaxt Qarabağ barədə razılığa gələ bilməyəcəklər. Ona görə də Qarabağı da Rusiyanın tərkibinə qatmaq lazımdır.
O zaman ermənilər də inciməyəcəklər. Azərbaycanlılar da bununla barışmalı olacaqlar, çünki Qarabağ Ermənistana qalmayacaq, Rusiyanın tərkibinə keçəcək”.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xəbər Xidmətinə verdiyi müsahibədə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.
V. Jirinovski bildirib ki, Dnestryanı ərazi də daxil olmaqla, keçmiş SSRİ-nin bütün əraziləri arzu etdikləri təqdirdə Rusiyanın tərkibinə keçə bilərlər: “Bütün keçmiş SSRİ ərazisi referendum yolu ilə, könüllü, güc tətbiq etmədən, aldadılmadan Rusiyanın tərkibinə qatıla bilər. Rusiyanın tərkibinə qayıdın, hər kəs üçün yaxşı olacaq. Hər kəsə demokratiya, yaxşı təminat, təhlükəsizlik vəd edirik. İldən-ilə hamımız yaxşı yaşayacağıq. Bu ərazilər keçmiş Rusiya imperiyasının və SSRİ-nin ərazisidir. Biz 300,400, 500 il bir yerdə yaşamışıq”.

Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |