14.03.2014 [12:14] - Gündəm, Mədəniyyət
Hər il olduğu kimi bu il də martın 19-da Dənizkənarı Milli Parkda Novruz bayramı münasibətilə tədbiri keçiriləcək. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA-ya açıqlamasında deyib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq tədbir saat 10:00-dan gecə saatlarınadək davam edəcək. Onun sözlərinə görə, bayram tədbirində Novruzun bütün siması nümayiş ediləcək, Azərbaycan mətbəxi təqdim olunacaq, bölgələrdən gələn musiqi və folklor kollektivləri çıxış edəcəklər.
Bayram günlərində bulvara gələn insanlarının sayının artdığını deyən rəis müavini qeyd edib ki, həmin zamanda idarə gücləndirilmiş iş rejimində çalışacaq: “Bu müddət ərzində uşaqlar üçün pulsuz aksiya təşkil olunmayacaq. Çünki bayram günlərində insanların bulvarda istirahətə daha çox gəldiyini nəzərə alaraq qarışıq bir vəziyyətdə aksiyanın keçirilməsi uyğun hesab olunmur”.

Bu xəbər oxucular tərəfindən 1217 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |