Şrift:
Krım əhalisinin 96,6 faizi muxtar respublikanın Rusiyaya birləşməsinə səs verib
17.03.2014 [11:26] - Gündəm, Siyasət
Krım əhalisinin 96,6 faizi muxtar respublikanın Rusiya Federasiyasına birləşməsinə səs verib.


İTAR-TASS-ın verdiyi məlumata görə, bunu Krım Ali Şurasının referendumun təşkili üzrə komissiyanın rəhbəri Mixail Malışev bəyan edib.



Artıq protokolların 100 faizinin hesablandığı bildirilir.



Qeyd edək ki, dünən Krım Muxtar Respublikasında referendum keçirilib. Referenduma iki sual çıxarılıb: “Siz Krımın Rusiya Federasiyasının subyekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı?” və “Siz Krım Respublikasının 1992-ci il Konstitusiyasının bərpasının və Krımın Ukraynanın bir hissəsi olmasına dair statusunun tərəfdarısınızmı?”



Dünyanın əksər ölkələri və beynəlxalq təşkilatlar referendumu qeyri-qanuni elan edib.
Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed