17.03.2014 [12:32] - Gündəm, Hadisə
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, polisə paytaxtın Binəqədi rayonu, Binəqədi kəndi, C. Cabbarlı küçəsi döngə 2, ev 7 B ünvanında radikal dini yönümlü şəxslərin toplaşması barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında həmin ünvanda əməliyyat keçirən polis 11 nəfəri saxlayıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onlar 500 manatdan 1500 manatadək cərimələniblər.
Polisin əməliyyat keçirdiyi evin sahibi, 1964-cü il təvəllüdlü Arif Məmmədovu taparaq ondan məsələyə münasibət öyrənib.
A. Məmmədov bildirib ki, onlar 10 ilə yaxındır ki, yaşadığı evdə ibadətlə məşğul olurlar: ““Əbu Bəkr” məscidi bağlanandan sonra mən öz evimin qapısını ibadət edən şəxslərin üzünə açdım. O gündən bəri dindarlar mənim evimdə toplaşaraq ibadətlə məşğul olublar. Bu günə qədər heç bir problemimiz olmayıb və bizə heç kim xəbərdarlıq da etməyib. İki gün əvvəl polis gələrək ibadət edənlərin hamısını apardı. Mən də daxil olmaqla doqquz nəfər 1500 manat, bir nəfər 1600 manat, bir nəfər isə 500 manat cərimələdilər. Daha bir nəfərə isə xəbərdarlıq edilib”.

Bu xəbər oxucular tərəfindən 1012 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |