Şrift:
Neft hasilatı azalır
18.03.2014 [11:16] - İqtisadiyyat
ÜDM istehsalı 2013-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 1,6 faiz artaraq 8.5 milyard manat təşkil edib
Azərbaycan Azərbaycan iqtisadiyyatında artım qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı 2013-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 1,6 faiz artaraq 8.5 milyard manat təşkil edib.

Əlavə dəyərin 50 faizi sənaye sahələrində, 8,8 faizi tikinti kompleksində, 11,6 faizi ticarət və pullu xidmət sahələrində, 6.3 faizi nəqliyyatda, 1.9 faizi rabitə müəssisələrində, 2.5 faizi aqrar bölmədə, 11.9 faizi digər sahələrdə yaradılıb. Əhalinin hər nəfərinə orta hesabla 903,5 manat məbləğində (1151.9 ABŞ dolları) əlavə dəyər istehsal olunub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artıb.

Əlavə dəyərin 53,9 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 8.8 faiz artıb, neft-qaz sektorunda isə 5,7 faiz azalıb.

2014-cü ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 5,4 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz az sənaye məhsulu istehsal olunub. Azalmanın əsas səbəbi neft hasilatında geriləmə ilə bağlıdır. Məhsulun 3.9 milyard manatı və ya 71.6 faizi mədənçıxarma bölməsində istehsal olunub, 6,8 milyon ton neft və 3,1 milyard kub.metr əmtəəlik qaz hasil edilib.
Bu xəbər oxucular tərəfindən 869 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed