Şrift:
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
18.03.2014 [11:50] - Xəbərlər, Sosial
Trend-in Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Facebook səhifəsinə istinadən verdiyi məlumata görə, səfir Novruzun ölkəmizin qədim bayramı olduğunu qeyd edib.
İ.Siddiq təbrik mesajında bildirib: "Əziz bacılar və qardaşlar! Mən sizi baharın gəlişi, Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Hər bir Azərbaycan vətəndaşına bu bayram günlərində xoşbəxtlik, can sağlığı arzulayıram. Mən bilirəm ki, Novruz Azərbaycan xalqının qədim və əziz bayramıdır. Bu bayram Azərbaycan xalqının tarixi kökü ilə bağlıdır və adət-ənənələrlə zəngindir. Təkrar öz adımdan və Britaniya hökuməti adından bu gözəl bayram münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm və hər bir ailəyə sülh və əmin-amanlıq şəraitində azad, firəvan və rifah içində xoşbəxt həyat arzulayıram. Bayramınız mübarək olsun!"
Bu xəbər oxucular tərəfindən 1273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed