Şrift:
Abdullah Gül: Türkiyə son on il ərzində iri islahatlar həyata keçirib
18.03.2014 [11:58] - Xəbərlər, İqtisadiyyat
Türkiyə son on il ərzində bir çox sahələrdə iri islahatlar həyata keçirib. Bunu ölkə Prezidenti Abdullah Gül bəyan edib. Bu barədə çərşənbə axşamı "Sabah" qəzeti xəbər yayıb.
Dövlət başçısının sözlərinə görə, həmin islahatlar Türkiyəni güclü dövlətə çevirib.
A.Gül qeyd edib ki, iqtisadi və hüquqi sahələrdə də ciddi islahatlar aparılıb.
Prezident deyib ki, iqtisadi islahatlar sahəsində Türkiyənin bank sektoru Aİ-də ən etibarlı bank sektorlarından biri olub.
Qeyd edək ki, Türkiyənin bank sektoru ölkə iqtisadiyyatının ən qabaqcıl sahələrindən biridir. Türkiyədə 49 bank fəaliyyət göstərir.
Bankların ümumi sayından 36-sı kommersiya, 13-ü səhmdar bankdır.
Ölkədə üç dövlət, 12 özəl bank (100 faizlik Türkiyə kapitallı) çalışır və 16 bank xarici kapitalın iştirakı ilə yaradılıb.
Bank Assosiasiyasının məlumatına görə, 2013-cü ildə ölkədə 789 bank filialı açılıb. Bununla da Türkiyədə bank filiallarının sayı 11 023 təşkil edib.
Bu xəbər oxucular tərəfindən 1077 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed