Şrift:
Rusiya və Ukrayna hərbçiləri arasında atışma olub: bir Ukrayna hərbçisi həlak olub, ikisi yaralanıb
19.03.2014 [10:34] - Gündəm, Hərb
Rusiya xüsusi təyinatlılarının Simferopolda yerləşən Ukrayna Silahlı Qüvvələrinin fotoqrammetriya mərkəzinə həyata keçirdikləri hücum nəticəsində bir Ukrayna hərbçisi həlak olub.

Bu barədə “İnformasiya müqaviməti” qrupunun təşkilatçısı Dmitri Timçuk öz Facebook səhifəsində bildirib. Onun sözlərinə görə, Rusiya xüsusi təyinatlılara döyüş dəstəyi “özünümüdafiə” dəstəsi adlandırılan qruplaşmanın üzvləri tərəfindən göstərilib.



Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə mətbuat mərkəzinin rəhbəri Vladislav Seleznevin sözlərinə görə, hücum nəticəsində fotoqrammetriya mərkəzinin bir əməkdaşı həlak olub. Həlak olan hərbçi hərbi hissə ərazisində növbə çəkirmiş.



Dmitri Timçukun sözlərinə görə, atəş “özünümüdafiə” dəstəsi tərəfindən açılıb. Yaralı hərbçi xəstəxanada keçinib.


Rusiya xüsusi təyinatlılarının Simferopolda yerləşən Ukrayna Silahlı Qüvvələrinin fotoqrammetriya mərkəzinə həyata keçirdikləri hücum nəticəsində Ukrayna ordusunun giziri S.V.Kakurin ölüb. Məlumata görə, insident nəticəsində həmçinin kapitan Fedunun və daha bir hərbçinin yaralandığı bildirilir.



Məlumatda həmçinin hərbi obyektin zəbt olunduğu bildirilir. Obyektdə olan Ukrayna hərbçilərinin tərksilah olunaraq meydançaya düzüldüyü bildirilir.



Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin fotoqrammetriya mərkəzininin Krım “özünümüdafiə” dəstəsi deyil, Rusiya xüsusi təyinatlıları tərəfindən zəbt olunub.



Ukrayna Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Məlumata görə, hücum edən şəxslər Rusiya Silahlı Qüvvələrinin fərqlənmə nişanı olmayan hərbi geyimdə olublar, avtomat və snayper tüfəngi ilə silahlanıblar.
Bu xəbər oxucular tərəfindən 772 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed