27.03.2014 [09:17] - Gündəm, Hadisə
"Avropada bəzi modern stansiyaların belə təhlükə kimi qəbul edilərək bağlanmasına baxmayaraq bizim regionda ömrü bitmiş və 7 ballıq zəlzələyə məruz qalmış stansiyanın fəaliyyətinə göz yumulur".
Bunu Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. O bildirib ki, əhalinin sıx yaşadığı bir regionda bu cür köhnə stansiyanın fəaliyyətinin nə qədər düzgün olduğu sual altındadır:
"Ermənistan fəaliyyət göstərən Metsamor Atom Elektrik stansiyası 70-ci illərin layihəsidir. Bütün lazımi faktorları nəzərə alaraq tikintisi aparılmış bu stansiyanın istismar müddəti 25 ildir. Buna görədə bu reaktorun ömrü 2006-cı ildən yenidən artırılaraq 2016-cı ilə kimi uzadılıb. Bundan da qoca reaktorlar dünya üzrə fəaliyyət göstərir ancaq ölkə başçısı Haaqadakı sammitdə çox düzgün qeyd etdi ki, bu stansiya seysmik zonada yerləşir. Əhalinin sıx yaşadığı bir regionda istismar müddəti bitmiş reaktorun işləməsinin nə qədər düzgün olduğu sual altındadır. Bu vəziyyət bizi Yaponiyada baş verən Fukusima fəlakəti kimi bir hadisə ilə üz-üzə qoyub-qoymayacağını sığorta etmir".
A.Qəribov fikrincə stansiyanın yenilənməsinə Ermənistanın iqtisadi gücü imkan vermir və reaktorun ömrünün uzadılmasına çalışılır. Bu isə təhlükəsizlik təminatı vermir:
"Reaktorun istismar vaxtının 2 il uzadılması üçün müəyyən rekanstruksiya mərhələsi verilib. Ötən il Beynəlxalq Atom Enerjisi üzrə agentlik tərəfindən bu reaktorun yenidən ekspertizası aparılıb. Mütəxəssislərin fikrincə bu reaktorun ömrünü uzatmaq mümkündür. Amma şərt qoyulub ki, Ermənistan bu reaktorda lazımi təhlükəsizlik tədbirlərini həyata keçirməlidir. Bu təhlukəsizlik tədbirlərinin qiyməti 25-30 milyon dollardır. Ermənistan dövlətinin isə buna imkanı yoxdur. 9 ballıq seysmik regionda bu cür reaktorun işlənməsi böyük təhlükədir".
İnstitut direktoru həmçinin qeyd edir ki, bu məsələdə qonşu ölkə başçıları da bizim səsimizə səs verməlidirlər. A.Qəribovun fikrincə beynəlxalq sammitlərdə Azərbaycanın qaldırdığı məsələyə dəstək olunmalıdır, çünki bu tək bizim üçün deyil qonşu ölkələr üçün də təhlükədir.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev dünən Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitdə çıxış edib. Azərbaycan prezidenti Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışıb. Ölkə başçısı bildirib ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir:
"Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaq. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır.
Azərbaycanın regionda təhlükəsizliyin və sabitliyin qorunmasında olduqca müsbət rol oynadığını deyən prezident İlham Əliyev bildirib ki, biz regionda və bütün dünyada nüvə təhlükəsizliyinin gücləndirilməsinə aid məsələlər üzrə beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla apardığımız əməkdaşlığın davam etdirilməsi, nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən irəli gələn hədələrin azaldılması işinə sadiqik".

Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |