27.03.2014 [14:51] - İqtisadiyyat
İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri hesab edirlər ki, Hesablama Palatasının işinin keyfiyyətini artırmağa ehtiyac var və bu məqsədlə Avropa, Ukrayna və Rusiya təcrübəsindən istifadə oluna bilər.
Mərkəzin ekspertləri Avropa İttifaqının Bakı nümayəndəliyinin maliyyələşdirdiyi “İctimai maliyyə vəsaitlərinə səmərəli nəzarət” layihəsi çərçivəsində apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.
Mərkəzin eksperti Qalib Toğrul bildirib ki, Avropa Birliyinin Auditorlar Palatasının üzvü tələb olunan şərtləri yerinə yetirmədikdə palata onun haqqında qərar qəbul edə bilir. Bu zaman onun barəsində hazırlanmış məlumat Auditorlar Palatasının bütün üzlərinə göndərilir. Eyni zamanda həmin üzvə məhkəmədə özünü müdafiə etmək hüququ verilir. Üzv haqqında qərar gizli səsvermə yolu ilə və palata üzvlərinin 4/5-nin iştirakı ilə qəbul olunur. Məsələsi səsverməyə çıxarılan üzvün özü səsvermədə iştirak etmir. Qalib Toğrulun fikrincə, Azərbaycanda Hesablama Palatasının auditorlarının işdən kənarlaşdırılması prosedurlarının tətbiqi zamanı bu təcrübədən bəhrələnmək olar.
Qalib Toğrul Avropa Birliyinin Auditorlar Palatasında üzvlərin maraqlarının bəyan edilməsi tələbinə də diqqət çəkir. Onun sözlərinə görə, bu, Azərbaycan kimi ölkələr üçün çox vacidbir. Çünki Azərbaycanda gəlirlərin və əmlakın bəyan edilməsi ilə bağlı öhdəliklərin olmaması son nəticədə Hesabalama Palatasının sədrini və auditorları da belə öhdəliklərdən azad edir. Bu isə üzvlərin maraq konfliktlərinin idarə olunmasında çətinlik yaradır.
Ekspert vurğulayır ki, Avropa Biliyinin Auditorlar Palatasında yoxlamaların aparılması standartları (kodlar) var. Bu standartlar yoxlamaların təşkili qaydalarını nizamlayır. Qalib Toğrulun fikrincə, belə standartların Azərbaycanda da tətbiqi səmərə verə bilər.
Qalib Toğrul qeyd edir ki, Ukraynanın Hesablama Palatası strukturlaşma, Rusiyanın Hesablama Palatası isə büdcə rəylərinin keyfiyyəti baxımından fərqlənir. Ukraynada Hesablama Palatasının fəaliyyəti dövlət büdcəsinin funksional istiqamətləri üzrə təşkil olunub. Burda ən vacib funksional istiqamətlərdə departamentlər fəaliyyət göstərir. Hesablama Palatasının strukturuna elmi-tədqiqat institutu da daxidlir ki, bu da aparılan yoxlamaların və maliyyə-audit ekspertizalarının elmi əsaslarla möhkəmləndirilməsinə xidmət edir.
Rusiyanın Hesablama Palatasının büdcə rəylərində icmal büdcənin əsas parametrləri, təkcə növbəti ilin deyil, orta müddətli dövrün də büdcə sisteminin təhlili verilir. Rəydə büdcə prosesinin mərhələlər üzrə qiymətləndirilməsi aparılır. Palataının rəyində nəticə və təkliflər bölməsi də hazırlanır.
İqtisadi Tədqiqatlar Mərkəzi Milli Məclisin bəzi üzvləri ilə müsahibələr də aparıb və onların Hesablama Palatasının işinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini belə ümumiləşdirib: palata müstəqil və təcrübəli mütəxəsislərdən təşkil olunmalıdır; büdcə ilə bağlı ildə bir dəfə formal xarakterli hesabatlar yox, xüsusi təyinatlı, müstəqil araşdırmalar təşkil edilməlidir; mövcud büdcə idarəçiliyində problemlərin həlli ilə bağlı deputatlarla müzakirələr keçirilməlidir; büdcə ilə bağlı təkliflərin sayı və keyfiyyəti artırılmalıdır; Hesablama Palatasının səlahiyyətləri çoxaldılmalı, yoxlamalar intensivləşməlidir; ictimai nəzarət mexanizmləri olmalıdır, yoxlama aparan və hesabat hazırlayan işçi qrupunda parlamentdə təmsil olunan müxalif siyasi partiyaların nümayəndəsi olmalı və bu nümayəndələr hər il dəyişməlidir.
Azərbaycan qanunvericiliyinə görə, Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən, təşkilati və funksional müstəqilliyə malik dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.

Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |