24.09.2011 [13:06] - Xəbərlər
Türkiyə, Azərbaycanın müvafiq arzusu olsa, regionda sabitliyin təmin olunması və Dağlıq Qarabağ münaqişəsinin həlli naminə üzərinə mediator rolunu götürməyə hazırdır. Bunu Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu deyib.
"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən yardım göstərməyə hazırdır", - Davutoğlu bildirib.
Onun sözlərinə görə, Türkiyənin münaqişədə rolunun aktivləşdirilməsinə fürsət olsa, o, Azərbaycan torpağlarının azad edilməsi və regionda sabitliyin bərpa olunması üçün əlindən gələni edəcək.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Bu xəbər oxucular tərəfindən 1101 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |