07.12.2011 [18:03] - Xəbərlər
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Goranboyda orta əsr Şətəl qalasının divarlarını aşkarlayıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə Arxeoloji Ekspedisiyasının rəisi, tarix elmlər doktoru, professor Arif Məmmədov məlumat verib.
Onun sözlərinə görə, həmin qala orta əsr Şətəl şəhərinin qalıqlarıdır. Qala divarları rayona su xətti çəkilərkən aşkarlanıb. Amma bu işlər görülərkən qala divarlarına heç bir zədə dəyməyib.
Məmmədov deyib ki, qala divarlarını mühafizə etmək məqsədilə onun aşkarlandığı ərazi yenidən doldurulub. Həmin ərazidə gələn il yenidən genişmiqyaslı tədqiqat işlərinin aparılması qərara alınıb.
Tarixçi bildirib ki, Şətəl şəhərinin əsası V əsrdə qoyulub. Xəzər xaqanı Cəbi oğlu Şatın şərəfinə 6 şəhər saldırıb. Onlar Şamaxı, Şirvan, Şəki, Şabran, Şəmkir və Şətəldir.
Məmmədovun sözlərinə görə, bu şəhərin adı mənbələrdə Şutur kimi qeyd edilib. Yerli əhali isə buranı Şətəl adlandırıb.

Bu xəbər oxucular tərəfindən 1087 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |