Şrift:
Türkiyənin müdafiə sənayesi katibi Murad Bayar vəzifəsindən azad edilib
28.03.2014 [10:59] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin müdafiə sənayesi katibi (müstəşar) Murad Bayar vəzifəsindən azad edilib.


M. Bayarın vəzifəsindən azad edilməsi barədə qərar bu gün «Resmi Qazete»də yayımlanıb.



M. Bayarın rəhbərlik etdiyi nümayəndə heyətinin martın 11-də Azərbaycana səfəri planlaşdırılsa da, sonradan səfər aprel ayına təxirə salınmışdı.



Qeyd edək ki, 1989-cu ildən SSM-də çalışan M. Bayar 2004-cü ildən Müdafiə Sənayesi Katibliyinin rəhbəri vəzifəsini tutub.



Türkiyə mediasında yer alan məlumatlara görə, onun prezidentin baş müşaviri və ya Kanadada səfir təyin olunması gözlənilir.
Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed