Şrift:
Əli Həsənov TRT Avaz-da erməni vəhşiliklərindən danışdı
29.03.2014 [10:29] - Gündəm, Müsahibə
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “31 mart Azərbaycanlıların soyqırımı günü” ilə bağlı tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərə gedib


Əli Həsənov Türkiyədə səfəri çərçivəsində TRT Avaz-a açıqlama verib. O bildirib ki, hər il martın 31-i ermənilərin son 200 il ərzində türklərə və əsasən də Azərbaycan türklərinə qarşı həyata keçirdikləri soyqırımının simvolik günü olaraq qeyd olunur: “Çünki 31 mart 1918-ci ildə ermənilər ən çox qətliam həyata keçirdikləri tarixdir. Onlar həmin gün Bakıda və Azərbaycanın ayrı-ayrı bölgələrində insanları sadəcə olaraq türk və müsəlman olduqlarına görə qətlə yetiriblər. Martın 31-də isə həmin hadisələrin ən qanlı və dəhşətlisi olub. Həmin hadisələr zamanı minlərlə insan qətlə yetirilib, Bakının ən gözəl, tarixi əhəmiyyət kəsb edən tikililəri yandırılıb”.
Ə. Həsənov deyib ki, həmin vaxt türk ordusu azərbaycanlı soydaşlarının yardımına gəlib və qanlı döyüşlərdən sonra Bakı azad edilib: “Ulu öndər Heydər Əliyev isə bununla bağlı xüsusi fərman imzalayıb. Bu fərman əsasında da hər il martın 31-i dünyada Azərbaycan türklərinə qarşı ermənilərin soyqırımının ümumiləşdirilmiş simvolu kimi qeyd olunmağa başladı. Bu tarixdə Azərbaycana bağlı insanlar səfərbər edilərək, dünyanən hər yerində tədbirlər keçirir, təbliğat işləri aparırlar. Artıq müəyyən nəticələr də mövcuddur. Dünyanın 4 ölkəsi Xocalı qətliamını soyqırım kimi tanıyıb”.
O qeyd edib ki, 1918-ci ilin martın 31-də ermənilər tərəfindən törədilən bu qətliam, azərbaycanlılara qarşı edilən 6 ən dəhşətli soyqırım aktlarından biridir: “Biz bu hadisələri yad etməklə ermənilərdən qisas almaq haqda düşünmürük. Məqsədimiz odur ki, dünya bu tarixləri unutmasın və bunu törədənləri tanısın. Həmçinin, erməni xalqı onun üzərindən insanlığa qarşı belə cinayətlərin törədilməsinə imkan verməsin, o cümlədən bu haqsızlıq yerdə qalmasın, buna qarşı bəşəriyyət öz münasibətini bildirsin”.
Ə. Həsənov səfəri zamanı TRT baş direktoru İbrahim Şahinlə də görüşüb.
Bu xəbər oxucular tərəfindən 1116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed