Şrift:
Rusiya birjaları çökdü
07.12.2011 [18:11] - İqtisadiyyat
ABŞ və Avropanın Rusiya Dövlət Dumasına keçirilən seçkiləri tənqid etməsi bu ölkənin fond bazarlarında kəskin ucuzlaşmaya səbəb olub. «RBC»ya istinadən bildirilir ki, bu gün saat 17:25-də «MMVB» indeksi 3,83%, «RTS» indeksi 4,55% ucuzlaşıb. «RTS Standard» isə 3,95% aşağı düşüb.

Rusiya şirkətlərinin adi səhmləri də ucuzlaşıb. «Qazprom»un səhmləri 3,85%, «LUKoyl»un səhmləri 2,77% ucuzlaşıb.

"Rayffayzen Kapital"ın analitiki Mixail Kuzin bildirib ki, seçkilərin kəskin tənqidi sərmayəçilərin kefini pozub və Rusiyada siyasi riski artırıb.
Bu xəbər oxucular tərəfindən 1261 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed