Şrift:
İstanbulda 4 minə yaxın AKP üzvü CHP-yə, Ankarada isə 1000 nəfər AKP üzvü MHP-yə keçib
29.03.2014 [12:51] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin İstanbul şəhərində hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) təxminən 4 minə yaxın üzvü istefa verərək Cümhuriyyət Xalq Partiyasına (CHP) keçib.


“Milliyet” qəzetinin verdiyi məlumata görə, 30 mart seçkilərindən 2 gün əvvəl İstanbulun Əsənyurt rayonunda AKP üzvü olan bir neçə min insan bu partiyanın siyasətinə etiraz edərək müxalifət sıralarına qoşulub.



AKP-dən Əəsnyurt bələdiyyə başqanlığına keçmiş namizəd Yunus Kalkan istefaların bu rayonda səsvermənin nəticələrinə ciddi təsir göstərəcəyini söyləyib.



Paytaxt Ankaranın Gölbaşı rayonunda isə təxminən 1000 nəfər AKP-dən istefa verərək Milliyyətçi Hərəkat Partiyasına (MHP) qoşulub.



Xatırladaq ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed