Şrift:
AFFA Millətlər Liqasına səs verdi
29.03.2014 [13:05] - İdman
Bu gün Qazaxıstanın paytaxtı Astanada UEFA-nın növbəti konqresi öz işinə başlayıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumuna üzv olan ölkələrin nümayəndələri milli komandalar arasında Millətlər Liqası yarışının təşkilini müzakirə ediblər.



Səsvermədən sonra qərar alınıb ki, yoldaşlıq oyunlarını əvəzləyəcək turnirə start verilsin. “Millətlər Liqası – 2018”in təşkilinə bütün milli assosiasiyalar yekdilliklə səs verib. Bu isə o deməkdir ki, tədbirə qatılan AFFA rəsmiləri də liqaya “hə” deyib.



Qeyd edək ki, yarışın 4 divizionda keçirilməsi nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed