31.03.2014 [08:52] - Gündəm, Türk dünyası-Turan
Bağçasarayda keçirilən Krım tatar xalqının qurultayı Krımda milli muxtariyyət yaradılmasına başlamaq haqqında qərar qəbul edib, xalq müvəkkillik orqanı olan qurultayın növbədənkənar iclasında qəbul olunmuş qətnamədə belə deyilir.
Krım tatarlar Məclisinin sədri Refat Çubarov jurnalistlərə bəyan edib ki, bu sənəd Ukraynanın haqqını və Ukraynanın yarımadanın ərazisini itirdiyini tanımır. Çubarov həmçinin ehtimal edib ki, Krım tatar xalqı muxtariyyət yaratmaq arzusunu təsdiqləmək üçün milli referendum keçirə bilərlər. “Krım tatar xalqının qurultayı Krım tatar xalqının tarixi ərazisi olan Krımda Krım tatar xalqının milli-məhəlli muxtariyyətinin yaradılması üzrə siyasi və hüquqi tədbirlərə başlanıldığını elan etmək haqqında qərar qəbul edib”, - sənəddə deyilir.
Qurultay eyni zamanda Məclisə beynəlxalq təşkilatlarla (BMT, ATƏT və s.) və ölkə hökumətləri ilə əlaqələr yaratmaq tapşırığı verib. Mətbuat konfransında Refat Çubarov Ukrayna parlamentinin bu qərara münasibət bildirəcəyində şübhələnmədiyini bəyan edib. Qurultayın iclasında Məclisin bütöv tərkibi, Krım müftisi Emirali Ablayev, Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin iştirak ediblər.
Bundan əvvəl krım tatarlarının qurultayı paytaxt Simferopolda keçib. “Ukrayinskaya pravda” qəzetinə əsasən bu dəfə rusiyapərəst qüvvələrin mümkün "təxribatlarına yol verməmək" üçün ənənəyə riayət edilməyib. Qurultay müxtariyyətin yaradılmasının siyasi və hüquqi prosedurlarını nəzərdən keçirməli və müvafiq qanun layihəsini səsverməyə çıxarılmalıdır.
Çubarovun sözlərinə görə, yerli xalqın razılığı və yaxud da müvafiq müraciəti olmadan onun yaşadığı ərazidə hərbi hərəkətlər aparıla bilməz. "Biz bundan çıxış edirik ki, bu günlərdə Krımın statusu Krımda yerli xalq olan krım tatarlarının açıq iradəsi və razılığı olmadan dəyişdirilir”, Çubarovun nitqindən “Ukrayinskaya pravda” qəzetində iqtibas gətirilir.
Qurultaydakı siyasi məsələlərin müzakirəsində Məclisin tam tərkibi işitirak edir. İclasın başlanmasından əvvəl Krım parlament sədrinin birinci müavini krım tatarlarına dövlət orqanlarında təmsilcilik kvotalarını nəzərdə tutan maddənin Konstitusiyaya əlavə olunmayacağını deyib.
Qriqori İoffe bildirib ki, Rusiya qanunvericiliyində belə bir hüquqi normanın nəzərdə tutulmadığı üçün həmin qayda Konstitusiyada əks oluna bilməz. Spiker müavini krım tatarlarına başqa zəmanətlərin veriləcəyi barədə vədlərin qüvvədə qaldığını təsdiqləyib. Bundan əvvəl krım tatarlarına 20 faizlik kvotaların ayrılacağı vəd edilmişdir .

Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |