Şrift:
Ermənistan Avrasiya İttifaqına qoşulmaq qərarı verdi
31.03.2014 [09:02] - Gündəm, Siyasət
Ermənistan 2015-ci ilin yanvarından Kremlin layihəsi kimi reallaşması gözlənilən Avrasiya İttifaqına qoşulmaq niyyətindədir. “Armtoday” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Savaş Koçaryan məlumat verib. Onun sözlərinə görə bu ilin may ayında Ermənistan Avrasiya İttifaqına üzv olmaq üçün razılaşmaya imza atacaq.

XİN rəsmisi bildirib ki, Ermənistan sözügedən layihəyə qoşularsa, o zaman böyük üstünlüklər qazanacaq. Nazir müavini onu da qeyd edib ki, rəsmi Yerevanın Avrasiya Birliyinə qəbulu Ermənistanda köklü islahatların aparılması üçün stimuldur. Erməni diplomat söyləyib ki, məsələ parlamentdə də müzakirəyə çıxarılacaq.
Bu xəbər oxucular tərəfindən 997 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed