Şrift:
“Mediyanın siyasiləşməsi peşəkar jurnalistikaya ölümcül zərbə vurur”
01.04.2014 [13:34] - Gənclik
“Kütləvi İnformasiya Vasitələrinin siyasiləşməsi faktı, ilk növbədə peşəkar jurnalistikanın inkişafına ciddi zərbədir.” Bu barədə “Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyinin rəhbəri Mətləb Salahov açıqlama ilə çıxış edib. Jurnalist qurumunun rəhbəri bildirib ki, KİV orqanının siyasiləşməsi, jurnalsitin peşəkar kadr kimi forrmalaşmasına, yaradıcılığının artmasına və ən əsası hadisələrə obyektiv yanaşmasına zərər vurur: “Təəsüf ki, bu gün əksər mediya orqanları tam siyasiləşməsə də, əvəzində əksır hallarda obyektiv jurnalistikadan daha çox xidmət etdikləri siyasi dairələrin sifarişləri ilə işləyən qurumlara çevriliblər. Bu cür mediya strukturları ilk növbədə ölkədə peşəkar xəbər jurnalistikasının, obyektiv media mühitinin formalaşmasına ölümcül zərbə vurur.”-deyə M.Salahov fikrini tamamlayıb.
Bu xəbər oxucular tərəfindən 1203 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed