02.04.2014 [09:33] - Güney Azərbaycan xəbərləri, Hərb
İranın hüquq mühafizə qüvvələrinin sərhəd komandanının canişini Əhməd Gravənd martın 31-də jurnalistlərə açıqlamasında ölkə sərhədlərindən, o sıradan da Sistan-Bəlicistan əyalətinin Pakistan və Əfqanıstanla sərhədindən danışıb.
Əhməd Gravənd deyib ki, ölkə sərhədlərinə tam nəzarət üçün hüquq mühafizə qüvvələrinə kifayət qədər vəsait ayrılmayıb: “Bizim qonşu ölkələrlə 8 min 755 kilometr uzunluğunda sərhədimiz var. Lakin sərhədimizi lazımınca qoruya bilmədiyimiz üçün ötən il (İranda yeni il Novruz bayramının ilk günündən başlanır – red.) sərhədlərimizdə orta hesabla gündə bir silahlı qarşıdurma və atışma baş verib.
Bizim Sistan-Bəlucistan əyalətinin Pakistan və Əfqanıstanla 1600 kilometr uzunluğunda sərhədi var. Lakin həmin sərhədin 300 kilometrini hələ də bağlaya bilməmişik. Orada bizim nə yaxşı yollarımız, nə də sərhədyanı qərargahlarımız var. Kifayət qədər vəsait ayrılmadığına görə bu sərhədə nəzarət edə bilmirik. Digər problem ondan ibarətdir ki, Pakistanla Əfqanıstan öz sərhədlərinə nəzarət etmir. Ona görə də biz Pakistan və Əfqanıstanla sərhədimizə təkbaşına nəzarət etmək məcburiyyətində qalmışıq”.

Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |