Şrift:
Məmmədyarov Nalbandyanla görüşəcək
02.04.2014 [12:14] - Gündəm, Siyasət
Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə prezidentinin növbəti görüşünə hazırlıq prosesinə başlayacaqlar

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan aprelin 2-4-də Rusiyaya işgüzar səfər edəcək.Erməni mətbuatının verdiyi məlumata görə, o aprelin 3-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, aprelin 4-də isə MDB ölkələrinin xarici işlər nazirlərinin növbəti iclasına qatılacaq.

Aprelin 4-ü axşam saatlarında isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq. Elmar Məmmədyarov və Edvard Nalbandyanın gözlənilən görüşü barədə ATƏT-in Minsk qrupunun həmsədrləri Haaqada keçirilən görüşdə məlumat vermişdilər.
Nazirlərin görüşünün iki ölkə prezidentinin görüşünə hazırlıq məqsədi daşıdığı qeyd edilir.

Qeyd edək ki, Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Tvitter" səhifəsində prezidentlərin yaxın zamanlarda görüşü barədə razılıq əldə edildiyini, hər iki ölkənin xarici siyasət idarələri rəhbərləri ilə müsbət əhval ruhiyyədə görüş keçirdiklərini yazmışdı.
Aprel ayında həmsədrlərin növbəti dəfə regiona səfəri planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 733 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed