02.04.2014 [14:56] - Gündəm, Türk dünyası-Turan
Rusiyada qüvvədə olan "Dini təyinatlı əmlakın dini icmalara verilməsi haqqında" qanun buna imkan verir
Rusiya Müftilər Şurasının sədri şeyx Ravil Qaynutdin bildirib ki, yarımada Rusiyaya birləşdirildiyindən Krımdakı məscid və mədrəsələr Krım tatarlarına qaytarıla bilər.
Bu gün Moskvada mətbuat konfransı keçirən Ravil Qaynutdinin sözlərinə görə, Rusiyada qüvvədə olan "Dövlət və ya bələdiyyə mülkiyyətində olan dini təyinatlı əmlakın dini icmalara verilməsi haqqında" qanun buna imkan verir.
Müftilər Şurasının sədri bu yaxınlarda Krıma etdiyi səfər təəssuratlarını da bölüşüb. Onun sözlərinə görə, "son iyirmi il ərzində şəhərlərin çoxu, məscidlər, mədrəsələr ağır vəziyyətdədir". Onun fikrincə, artıq Krım tatarları "nə vaxtsa müsəlmanların əlindən alınmış ibadət yerlərini dini təşkilatın mülkiyyətinə qaytara bilərlər".
Müfti Ravil Qaynutdin Krıma 27-29 martda respublikanın müftisi Əmiralı Ablayevin dəvəti üzrə getmişdi.

Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |